8.27 AZN
Akrilik sopolimer emulsiya əsaslı, yüksək keyfiyyətli xarici divar boyasıdır.
Bu boyadan: binaların xarici hissələrində beton, gips, kərpic və digər köhnə və yeni səthlərdə istifadə olunur.
Səthin hazırlanması. ROKOL Akrili istifadə etməmişdən əvvəl səth yapışmağa mane olan yağ, toz, qum və digər qalıqlardan tamamilə təmiziənməlidir. Yeni suvanmış səthlərdə 21 gündən (+20°C temperaturda) sonra tətbiq edilməlidir. ROKOL Akril divar boyası səth BİNMADER astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlandıqdan sonra istifadə olunmalıdır.
Tətbiqi. İstifadə zamanı ilk qatda boyanın yarısı qədər, ikinci qatda isə 1/4-i qədər su ilə incəldərək (durulaşdıraraq) fırça və ya vərdənə ilə səthə 2 qat vurun. Qatlar arasında 1 saat gözləyin. İstifadə zamanı səthin temperaturu +5°C-dən yuxarı, mühitin rütubəti isə 80%-dən aşağı olmalıdır.
Tərkibi |
akrilik sopolimer emulsiya əsaslı |
Rəngi |
Ağ |
Quru qalıq |
63%±1% |
Sıxlığı |
1,55 q/ml |
Quruma müddəti (+20°C temperaturda): |
|
Parlaqlığı (600 Gardner) |
7±1 |
Qablaşdırma |
2,5; 7,5 və 15 litrlik plastik qablarda |
1 litr boya ilə 11-13 m2 səthi boyamaq olar.
Birbaşa günəş şüaları düşməyən yerlərdə, 0°C-dən aşağı və +35°C-dən yuxarı olmayan mühitlərdə, donmadan qorumaqla, orijinal qablarda, ağzı qapalı şəraitdə 2 il saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin