Məhsul haqqında
Sintetik əsaslı məhsulların incəldilməsi və boya avadanlıqlarının təmizlənməsi üçün hazırlanmış sintetik tinerdir.
İstifadə sahələri
Bu sintetik tinerdən:
- sintetik əsaslı boya, lak və astarların həll edilməsində (incəldilməsində) və boya avadanlıqlarının təmizlənməsində istifadə olunur.
Üstünlükləri
- boya avadanlıqlarına yapışmış çətin təmizlənən qalıqları asanlıqla təmizləyir;
- fəsillərdən asılı olmayaraq yaxşı yayılmanı təmin edir;
- yavaş dərəcədə buxarlanma sürətinə malikdir.
İstifadə qaydaları
Tətbiqi. Sintetik əsaslı boya, lak və astarları ROKOL sintetik tinerlə həll etdikdən sonra birbaşa fırça və ya vərdənə ilə tətbiq edin.
Texniki göstəricilər
Tərkibi
|
sintetik əsaslı
|
Alışma nöqtəsi
|
390C və yuxarı
|
Qablaşdırma
|
0, 5; 1,0; 3,0; 4,0 və 15,0 litrlik dəmir qablarda
|
Sərfiyyat
Qarışdırıldığı məhsulun qatılığından asılı olaraq sərfiyyat dəyişkəndir.
Saxlama müddəti və qaydası
Ağzı kip bağlanmış qablarda, sərin yerdə, birbaşa günəş şüaları düşməyən qapalı şəraitdə 3 il saxlanıla bilər.
Xəbərdarlıqlar
- oddan qoruyun;
- boya buxarının nəfəsə daxil olmaması üçün müvafiq fərdi mühafizə vasitələrindən istifadə edin;
- uşaqların əli çatmayan yerlərdə saxlayın;
- gözə və dəri üzərinə düşməsinin qarşısını alın;
- çirkab sulara axıtmayın;
- tətbiq olunduğu mühiti havalandırın.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Məhsul haqqında rəy əlavə edin