phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur

Məxfilik siyasəti

Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər, www.almaterial.az   saytı ilə (bundan sonra “Mətanət A” Şirkəti və ya “Veb-sayt”) Veb-saytın istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların məxfiliyinin təmin edilməsi məqsədini daşıyır.

Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar......

İstifadəçilərin Veb-sayta daxil olaraq ondan istifadə etdiyi zaman barələrində Veb-sayta daxil edilmiş məlumatların necə toplandığını, hansı qaydada istifadə və mühafizə edildiyini aydın şəkildə izah edilməsi üçün bu Sənəd tərtib və təsdiq edilmişdir. Bu Sənədin hazırlanmasında əsas məqsəd, İstifadəçilərin Veb-saytdan etibarlı  şəkildə istifadə etmələrini təmin etmək, həmçinin Veb-saytda həyata keçirdikləri hər hansı hərəkət zamanı daxil etdikləri fərdi məlumatların məxfiliyinə təminat verildiyinə onları əmin etməkdən ibarətdir.

www.almaterial.az veb-saytının “Məxfilik Siyasəti” Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respubikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına, “Fərdi məlumatlar haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.

www.almaterial.az  veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, məxfilik, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.

İstifadəçiyə aid fərdi məlumatlar onun özü tərəfindən könüllük prinsipinə riayət etməklə təqdim edildiyi andan mühafizə olunur.

İstifadəçi tərəfindən təqdim edilmiş məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülümür.

Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl edilməklə, İstifadəçinin razılığı alınmadan, belə orqanlara təqdim edilə bilər.

www.almaterial.az  Veb-saytında müxtəlif digər veb-saytlara, internet platformalara keçidlər yerləşdirilə bilər. Həmin veb-saytlarda, internet platformalarda İstifadəçilərin təqdim etdiyi məlumatların, hərəkətlərin konfidensiallığına “Mətanət A” Şirkəti zəmanət vermir və cavabdehlik daşımır. Bu Məxfilik Siyasəti yalnız www.almaterial.az  veb saytına tətbiq olunur. “Mətanət A” Şirkəti İstifadəçi tərəfindən İnternet Mağazasında mövcud olan linklər vasitəsilə açılan üçüncü şəxslərin saytlarına nəzarət etmir və məsuliyyət daşımır.

İstənilən halda İstifadəçi fərdi məlumatlarını saytda qeyd etməmək hüququnu özünüzdə saxlayır. İstifadəçi nəzərə almalıdır ki, Veb-sayt vasitəsi ilə müəyyən hərəkətləri etmək üçün qeydiyyatdan keçmək və qeydiyyatdan keçərkən özünə aid müxtəlif məlumatları daxil etməyi zəruridir. Əks halda Veb-saytda nəzərdə tutulmuş imkanlardan istifadə etmək qeyri-mümkün olacaqdır.

 “Mətanət A” Şirkəti gələcəkdə istənilən zaman bu “Məxfilik Siyasəti”nə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklərin edilməsi müxtəlif zərurətlərdən əmələ gələ bilər (məsələn: qanunvericiliyə edilmiş müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin Veb-saytdan istifadələrinin daha da asanlaşdırılması, müxtəlif kompaniyaların həyata keçirilməsi və s.).

Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz