12.07 AZN
Akrilik sopolimer silikon emulsiya əsaslı, yüksək keyfiyyətli, uzunömürlü xarici səth boyasıdır.
Bu boyadan:
Səthin hazırlanması. ROKOL Silikon boyasını istifadə etməzdən əvvəl qabarmış, boş və möhkəm olmayan səthlər qaşınmalı, səth yapışmağa mane olan yağ, pas və digər qalıqlardan təmizlənməlidir. İstifadədən əvvəl səth silikonlu astar ilə astarlanmalıdır. Lazım gəldikdə səthdəki çuxur və çatlar F-Pas fasad pastası və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla suvanmalıdır.
Tətbiqi. İstifadə zamanı birinci qatda 4 həcm boyanı 2 həcm su ilə, ikinci qatda isə 4 həcm boyanı 1 həcm su ilə incəldərək (durulaşdıraraq) fırça və ya vərdənə ilə səthə 2 qat vurun. Qatlar arasında 1 saat gözləyin. İstifadə vaxtı səthin temperaturu +5°C-dən yuxarı, mühitin rütubəti isə 80%-dən aşağı olmalıdır. Yeni suvanmış səthlərdə ROKOL Silikon boyanın istifadəsi üçün 21 gün gözlənilməlidir.
Tərkibi |
akrilik sopolimer silikon emulsiya əsaslı |
Rəngi |
ağ |
Quru qalıq |
64%±1% |
Sıxlığı: |
|
Quruma müddəti (+25°C temperaturda): |
|
Parlaqlığı (600 Gardner) |
7±1 |
Qablaşdırma |
10 və 25 kq-lıq plastik qablarda |
1 m2 sahənin boyanması üçün 150-175 qram boya istifadə olunur.
Birbaşa günəş şüaları düşməyən yerlərdə, 0°C-dən aşağı və +35°C-dən yuxarı olmayan mühitlərdə, donmadan qorumaqla, orijinal qablarda, ağzı qapalı şəraitdə 2 il saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin