phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  999  əd.
Xüsusiyyətlər

Məhsul haqqında

Akrilik sopolimer emulsiya tərkibli, çatlamayan və tökülməyən, ətraf mühitə zərərsiz və qoxusuz daxili səth boyasıdır.

İstifadə sahələri

Bu boyadan:

  • binaların daxili divarlarında;
  • beton, gips, suvaq və uyğun astarla astarlanmış səthlərdə istifadə olunur.

Üstünlükləri

  • çatlamir;
  • ətraf mühitə zərərsizdir;
  • qoxusuzdur;
  • asan tətbiq olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. Boyanacaq səthlər quru, tozsuz, təmiz və hamar olmalı, səth Binmader astar və ya standartlara uyğun istehsal edilmiş bu tipli digər məhsulla astarlanmalıdır.

Tətbiqi. Birinci qatda boyanın 30%-i, ikinci qatda isə 20%-i qədər su ilə incəldilərək fırça və ya vərdənə ilə səthə çəkilməlidir. İstifadə vaxtı temperatur +50C-dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.

Texniki göstəricilər

Rəngi

ağ, mavi, yaşıl, çəhrayı

Məhsulun quruluşu

akrilik sopolimer əsaslı

Quru qalığı

72%

Sıxlığı

1,74 kq/litr

Tam quruma müddəti

24 saatdan sonra

Qablaşdırma

3,5; 10,0 və 25,0 kq-lıq dəmir qablarda

Sərfiyyatı 

1 m2 səthə 125-150 qr boya istifadə oluna bilər.

Saxlama müddəti və qaydası

Ağzı açılmamış qablarda, quru şəraitdə 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühavizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • oddan qoruyun.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz