phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  999  əd.
Xüsusiyyətlər

Məhsul haqqında

Alkid və xlor-kauçuk əsaslı yol cizgi və işarələmə boyasıdır.

İstifadə sahələri

Bu yol cizgi boyasından:

  • avtomagistrallarda;
  • təyyarə limanlarında istifadə olunur.

Üstünlükləri

  • yüksək yapışma gücünə malikdir;
  • korroziyaya dayanıqlıdır;
  • tez quruyandır.

İstifadə qaydaları

Səthin hazırlanması. ROKOL Yol Cizgi Boyasının çəkiləcəyi səthlər quru və təmiz olmalı, səth yapışmağa mane olan yağ, pas və digər qalıqlardan təmizlənməlidir.

Tətbiqi. İstifadədən əvvəl boyanı 10-15% nisbətində ROKOL Tiner vasitəsi ilə incəldin (durulaşdırın). Boyanın çəkilməsində püskürdücü aparatdan və ya fırçadan istifadə edin. Lazım gəldikdə boya ROKOL Sellülozik Tiner və ya toluol ilə incəldilə bilər.

Texniki göstəricilər

Tərkibi

alkid və xlor-kauçuk əsaslı

Rəngi

ağ, sarı

Quru qalıq

79%±1%

Sıxlığı: +200C temperaturda

1,63±0,01 q/ml

Quruma müddəti:
-ilk
-son


15 dəqiqədən sonra
4 saatdan sonra

Parlaqlığı (600 Gardner)

5±1

Qablaşdırma

15 l-lik dəmir qablarda

Sərfiyyat

1 litr boya ilə 6-7 m2 səthi boyamaq olar.

Saxlama müddəti və qaydası

Günəş şüaları düşməyən sərin yerdə, oddan qorunmaqla, orijinal qablarda, ağzı qapalı şəraitdə 1 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boyanın ROKOL Sintetik Tinerlə incəldilməsi yolverilməzdir;
  • oddan və qiğılcımdan qoruyun;
  • istifadə zamanı siqaret çəkməyin;
  • boya buxarının nəfəsə daxil olmaması üçün müvafiq fərdi mühafizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • gözə və dəri üzərinə düşməsinin qarşısını alın;
  • tənəffüslə udulduqda və ya ağıza düşdükdə dərhal həkimə müraciət edin;

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz