phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  995  əd.
Xüsusiyyətlər

Məhsul haqqında

Akrilik sopolimer əsaslı, daxili və xarici divarlarda istifadə olunan fasad məcunudur.

İstifadə sahələri

Bu fasad pastasından:

  • binaların daxilində və fasadlarında beton, suvaq, döşəmə suvağı və s. bu kimi səthlərin düzəldilməsində;
  • səthdəki çatların doldurulmasında istifadə olunur.

Üstünlükləri

  • üstündən çəkiləcək boya üçün möhkəm əsas əmələ gətirir və boyaya qənaət etməyə imkan verir;
  • xarici təsirlərə qarşı davamlı, ətraf mühitə ziyan verməyən, qoxusuz, asanlıqla tətbiq oluna bilən, istifadəyə hazır məcundur;
  • binaların daxilində və fasadında divar səthlərinə rahat və asanlıqla tətbiq olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səth möhkəm, quru və təmiz olmalıdır. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməlidir. İstifadə etməmişdən əvvəl səth nəmləndirilməli və ya daha yaxşı nəticə əldə etmək üçün Binmader astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması: ROKOL F-Pas fasad məcunu aşağı dövriyyəli qarışdırıcı ilə qarışdırılmalıdır. Ehtiyac yaranarsa su ilə qatılığı nizamlanır. ROKOL F-Pas fasad məcunu yalnız püskürtmə aparatı ilə vurulduqda su ilə durulaşdırılmalıdır.

Tətbiqi. Məhsul istifadəyə hazır şəkildə istehsal edilir. Mala, şpatel kimi pasta çəkmə alətləri və ya püskürtmə aparatı ilə səthə çəkilir. Qatlar arsında 3-4 saat gözləməklə, istənilən səth düzgünlüyü əldə etmək üçün 2-3 qat olmaqla tətbiq oluna bilər. Tətbiq zamanı səthin temperaturu +5°C-dən az olmamalıdır.

Tövsiyələr. F-Pas fasad pastasının istifadə olunduğu səthin temperaturu +50C÷+300C olmalıdır. Xarici məkanlarda istifadə olunduğu halda səth 24 saat günəşdən, yağışdan, küləkdən və donmadan qorunmalıdır.

Binanın fasadında rast gəlinən dərin çuxur və çatların doldurulması üçün 1 kq F-Pas fasad pastasına 250 qram ağ sement və təxminən 100 qram su əlavə edib, yaxşı–yaxşı qarışdırıldıqdan sonra səthə çəkilməsi tövsıyə olunur. Bu da öz növbəsində daha möhkəm əsas əldə etməyə şərait yaradır.

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+50 C÷+300 C

İstifadə müddəti

2 saat

Quruma müddəti

3-5 saat

Qablaşdırma

10 və 25 kq-lıq plastik vedrələrdə

Sərfiyyat

Səthin hopma qabiliyyətindən asılı olaraq 1 kq F-Pas fasad məcunu 0,8-1,2 m² səthə tətbiq oluna bilər.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • F-Pas fasad pastasının mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C ±20C temperatur və 50% ±5% rütubətli şərait üçün nəzərdə tutulmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz