phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  999  əd.
Xüsusiyyətlər

Məhsul haqqında

Yüksək keyfiyyətli solventlərdən istehsal edilrniş sellülozik tinerdir. ROKOL Sellülozik Tiner lakların quruma, parıltılıq, yayılma və s. xüsüsiyyətlərinə müsbət şəkiidə təsir edir.

İstifadə sahələri

Bu sellülozik tinerdən:

  • ROKOL sellulozik məhsulların incəldilməsində;
  • səthlərin və istifadə alətlərinin təmizlənməsində istifadə olunur.

Üstünlükləri

  • sellulozik məhsulların incəldilməsində etibarlı şəkildə istifadə olunur;
  • boyaların səthə yapışma gücünü artırır;
  • yayılmanı asanlaşdırır;
  • fiziki və kimyəvi təsirlərə davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. Tətbiq ediləcəyi səthlər yağ, pas və köhnə boyalardan təmizlənməlidir.

Tətbiqi. Nitrosellüloz əsaslı dolğu, parlaq verniklərin, həmçinin sənaye boyalarının incəldilməsində istifadə olunur. İstifadədən sonra qabın qapağı möhkəm şəkildə bağlanmalıdır.

Texniki göstəricilər

Rəngi

şəffaf

Tərkibi

sellülozik solvent əsaslı

Qablaşdırma

0,85; 3,0 və 15 litrlik dəmir qablarda

Texniki göstəricilər

Rəngi

şəffaf

Tərkibi

sellülozik solvent əsaslı

Qablaşdırma

0,85; 3,0 və 15 litrlik dəmir qablarda

Sərfiyyat

Sərfiyyatı dəyişkəndir.

Saxlama müddəti və qaydası

Kip və ağzı bağlı qabda, sərin yerdə 3 il saxtanıla bilər.

Xəbərdarlıqlar

  • oddan qoruyun;
  • tiner buxarının nəfəsə daxil olmaması üçün müvafiq fərdi mühafizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • gözə və dəri üzərinə düşməsinin qarşısını alın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz