Məhsul haqqında
Üretan alkid əsaslı, birkomponentli parket lakıdır.
İstifadə sahələri
Bu lakdan:
- parket döşəmələrdə;
- istənilən daxili ağac səthlərində istifadə olunur.
Üstünlükləri
- fiziki və kimyəvi təsirlərə davamlıdır;
- zərbəyə və cızılmağa qarşı dayanıqlıdır;
- asan istifadə olunur.
İstifadə qaydaları
Səthin hazırlanması. Boyanın tətbiq ediləcəyi səthlər yağ, pas, su və köhnə boyalardan təmizlənməlidir.
Tətbiqi. İstifadədən qabaq boya yaxşıca qarışdırılmalı və nazik qat şəklində səthə çəkilməlidir. 3-4 gündən sonra fiziki-kimyəvi təsirlərə qarşı davamlı olur.
Texniki göstəricilər
Tərkibi
|
üretan alkid əsaslı
|
Örtmə qabiliyyəti
|
tək qatda 17m2/l
|
Quruma müddəti (+200C temperaturda):
-ilk
-son
|
2-3 saatdan sonra
7-8 saatdan sonra
|
Sərfiyyat
Tək qatda 0,06 l boya ilə 1 m2 səthi boyamaq olar.
Saxlama müddəti və qaydası
Kip və ağzı bağlı qabda, sərin yerdə 12 ay saxtanıla bilər.
Xəbərdarlıqlar
- oddan qoruyun;
- lak buxarının nəfəsə daxil olmaması üçün müvafiq fərdi mühafizə vasitələrindən istifadə edin;
- uşaqların əli çatmayan yerlərdə saxlayın;
- gözə və dəri üzərinə düşməsinin qarşısını alın;
- tətbiq olunduğu mühiti havalandırın.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Məhsul haqqında rəy əlavə edin