4.72 AZN
Alkid əsaslı, yuyula bilən, mükəmməl örtmə qabiliyyətinə malik, uzun ömürlü, tutqun rəngli sintetik son qat divar, taxta və metal boyasıdır.
Bu boyadan:
Səthin hazırlanması. Boya çəkiləcək səthlər quru, tozsuz, təmiz və hamar olmalı, növünə görə uyğun məcunla suvanmalı, metal səthlərə 1 qat ROKOL Antipas və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul, taxta səthlərə isə MA Tektor səth qoruyucusu və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul çəkilməlidir. Əvvəllər boyanmış səthlərə boya çəkməzdən əvvəl 1 qat BİNMADER astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul çəkilərsə, sərfiyyat azalar və boyanın səthə yapışma müqaviməti artar.
Tətbiqi. Boya səthə 2 qat çəkilməlidir. Qatlar arasındakı müddət 24 saat olmalıdır. Fırça və ya vərdənə ilə səthə çəkilməlidir.
Məhsulun quruluşu |
alkid əsaslı |
Quru qalığı |
82% |
Sıxlığı |
1,61 kq/litr |
Tam quruma müddəti |
24 saatdan sonra |
Qablaşdırma |
0,85; 3,75 və 15,0 litrlik dəmir qablarda |
1 m2 səthə 120-140 qr boya istifadə oluna bilər.
Ağzı açılmamış qablarda, quru və sərin şəraitdə 3 il saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin