5 AZN
Xarici məkanlar üçün sement əsaslı, materialın keyfiyyətini və istifadə imkanlarını, çatlamaya qarşı müqavimətini artıran, su keçirməzliyi təmin edən, rəngin solmaması üçün kimyəvi maddələri özündə əks etdirən və səthin hamarlığını təmin edən aralıq doldurma qarışığıdır. İstənilən rəngdə istehsal etmək olur.
Xarici məkanlar üçün sement əsaslı, materialın keyfiyyətini və istifadə imkanlarını, çatlamaya qarşı müqavimətini artıran, su keçirməzliyi təmin edən, rəngin solmaması üçün kimyəvi maddələri özündə əks etdirən və səthin hamarlığını təmin edən aralıq doldurma qarışığıdır. İstənilən rəngdə istehsal etmək olur. TSEN 13888 standartına uyğundur.
Bu aralıq doldurma qarışığından:
Səthin hazırlanması. İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth aralığı yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması. 20 kq quru qarışığı 5,0-5,4 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın. Quru qarışığın su nisbətinə diqqət edin, duru şəkildə istifadədən uzaq olun. Əgər duru şəkildə istifadə etsəniz, çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin solmasına və dəyişilməsinə səbəb ola bilər.
Tətbiqi. Hazır qarışıq aralıq doldurma tapançası ilə aralıqlara doldurulur və qarışığın artığı sıyrılıb götürülür. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır.
Tövsiyələr. FugaFas 200 aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +370C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı ), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş FugaFas 200 aralıq doldurma qarışığına qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. FugaFas 200 aralıq doldurma qarışığı sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.
Rəngi |
ağ və müxtəlif rənglərdə olan narın toz |
İstifadə temperaturu |
+50 C ÷ +300 C |
İstifadə müddəti |
2 saat |
Su/quru qarışıq nisbəti |
0,25-0,27 litr su/ 1kq quru qarışıq |
Möhkəmlik həddi:
|
5 N/mm2 |
Aralıq doldurma işinə başlama vaxtı:
|
|
Qablaşdırma |
1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə |
Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilirir.
Üzlük plitələrin ölçüləri, sm |
Aralığın dərinliyi 8 mm |
||||
Aralığın eni |
|||||
6 mm q/m2 |
10 mm q/m2 |
14 mm q/m2 |
18 mm q/m2 |
20 mm q/m2 |
|
10×10 |
1800 |
3000 |
4000 |
5100 |
6000 |
10×20 |
1400 |
2300 |
3100 |
4000 |
4900 |
15×15 |
1150 |
1900 |
2650 |
3400 |
4150 |
15×20 |
1100 |
1800 |
2500 |
3200 |
3900 |
20×20 |
1100 |
1650 |
2100 |
2600 |
3200 |
20×25 |
1000 |
1500 |
2000 |
2500 |
3000 |
20×30 |
800 |
1400 |
1900 |
2400 |
2900 |
30×30 |
650 |
1100 |
1600 |
2100 |
2600 |
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin