45 AZN
Epoksid qatran əsaslı, kimyəvi maddələrə və bakteriyalara qarşı davamlı, keramika, mərmər, qranit, turşuya davamlı keramika, şüşə mozaika və şüşə kərpic kimi məhsulların birləşmə aralarının (məsamələrinin) doldurulması üçün rahat istifadə olunan, su ilə təmizlənə bilən aralıq doldurma qarışığıdır.
Epoksid qatran əsaslı, kimyəvi maddələrə və bakteriyalara qarşı davamlı, keramika, mərmər, qranit, turşuya davamlı keramika, şüşə mozaika və şüşə kərpic kimi məhsulların birləşmə aralarının (məsamələrinin) doldurulması üçün rahat istifadə olunan, su ilə təmizlənə bilən aralıq doldurma qarışığıdır. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.
Bu aralıq doldurma qarışığından:
Səthin hazırlanması. Keramika yapışdırıcısı kimi istifadə olunan yapışqanın lazımi qədər möhkəm olması üçün bir qədər gözləmək lazımdır. Məhlul tətbiq olunmazdan əvvəl keramika səthlərinin təmiz olub-olmaması yoxlanılmalı və çirkdən təmizlənməlidir.
Qarışığın hazırlanması. EPOKS 200 White aralıq doldurma qarışığı ikikomponentli olmaqla, müvafiq miqdarlarda qablaşdırılır. Əgər qablaşdırmanın bir hissəsi istifadə olunacaqsa, Epoksid əsaslı qatran yapışdırıcı A komponenti, sərtləşdirici B komponenti ilə 100%(A)/4%(B) miqdarında qarışdırılır. İstifadə zamanı hər iki komponent, eynicinsli tərkib əmələ gələnə qədər 400-600 dövr/dəqiqəli qarışdırıcı vasitəsilə ən azı 3 dəqiqə qarışdırılmalıdır.
Tətbiqi. EPOKS 200 White aralıq doldurma qarışığını plastik, yaxud sərt kauçuk mala ilə, ya da ağzından doldurulan tapança vasitəsilə boşluqlara doldurun. Artıq məhlulu boşluqlardan kənar edin. Dərin məsamələrdə ilk dəfə doldurulan məhlulun çökə biləcəyini nəzərə alaraq məsamənin tam dolduğundan əmin olun. Şəraitin və səthin temperaturundan asılı olaraq 15-30 dəqiqə gözləyin, müvafiq süngər və yuyucu toz tökülmüş isti su ilə səthləri təmizləyərək məsamələri yekun vəziyyətə çatdırın. Təmizləmə zamanı çirklənən süngəri tez-tez dəyişdirin.
Birləşmə aralarına (məsamələrə) doldurulmuş epoksid qatran əsaslı maddələr keramikaların üzərində nazik qat şəklində təbəqə əmələ gətirir. Bu təbəqələr yaxşıca təmizlənməlidir. Gecikdikdə təmizləmə işi çox çətinləşir.
Keramikaların üzərindəki son nazik təbəqə istifadədən 4-10 saat sonra müvafiq süngər və yuyucu toz tökülmüş isti su vasitəsi ilə təmizlənməlidir. Son təmizləmə suyuna 10% həcmində spirt əlavə olunaraq səth silinməlidir.
Tövsiyələr. EPOKS 200 White məhlulu müvafiq qarışdırma qurğusu vasitəsilə qarışdırılmalıdır. Əl və ya mala ilə qətiyyən qarışdırılmamalıdır. Tərkibində epoksid qatran məhlulu olan məhsulların istifadə və bərkimə müddətləri mühitin temperaturundan asılıdır. Ən sərfəli istifadə temperaturu +100C÷+200C-dir. Hazır EPOKS 200 White məhlulu qarışığına su və yeni məhlul əlavə edilməməlidir. İstifadədən sonra işlədilən alət və ləvazimatlar yuyucu toz əlavə olunmuş isti su ilə təmizlənməlidir.
Rəngi |
ağ |
Tərkibi:
|
epoksid əsaslı qatran (yapışdırıcı) epoksid əsaslı sərtləşdirici |
Su udma qabiliyyəti (4 saat sonra) |
0,1 qr |
Mühitin temperaturu |
+100C ÷+250C |
İstifadə müddəti |
45 dəqiqə |
Temperatura davamlılığı:
|
200C ÷ +800C; 200C ÷+500C |
Möhkəmlik həddi:
|
31 MPa 46 MPa |
Açıq şəkildə saxlama müddəti |
20 dəqiqə |
Qopma müqaviməti |
2,60 N/mm2 |
Piyadalar üçün istifadəyə verilmə müddəti |
7 gün |
Qarışdırma nisbətləri |
A komponenti: epoksid əsaslı qatran- 5,0 kq, B komponenti: epoksid əsaslı sərtləşdirici - 0,2 kq |
Qablaşdırma:
|
5 kq-lıq dəmir qablarda 0,2 kq-lıq dəmir qablarda |
Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq aralıq doldurma qarışığının sərfiyyatı dəyişkəndir.
Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donvurmadan qorumaq şərtilə 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin