37.9 AZN
Epoksid əsaslı qızıl, gümüş və mis metalların rəng effektini verən zərlərin sayəsində parlaq (işıltılı) görüntü yaratması ilə istifadə olunduğu məkanları daha da cəlbedici göstərən, dekorativ, gigiyenik və asan təmizlənə bilən aralıq doldurma məhsuludur.
Epoksid əsaslı qızıl, gümüş və mis metalların rəng effektini verən zərlərin sayəsində parlaq (işıltılı) görüntü yaratması ilə istifadə olunduğu məkanları daha da cəlbedici göstərən, dekorativ, gigiyenik və asan təmizlənə bilən aralıq doldurma məhsuludur. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.
Bu aralıq doldurma qarışığından:
Səthin hazırlanması. Məhsulun istifadə olunacağı səth quru və səthdəki nəmlik 5 %-dən çox olmamalıdır. Aralıqlar toz, kir və inşaat qalıqlarından təmizlənməli, ən azı 2/3 hissəsi boş olmalıdır. Zər effektini daha aydın görmək üçün aralığın eninin ən azı 3 mm olması tövsiyə olunur. Aşağı temperaturlarda məhsulda yüksək qatılıq müşahidə oluna bilər. Buna görə məhsul istifadədən əvvəl otaq temperaturunda (+230C±30C) 1 (bir) gün saxlanılmalıdır. İstifadəyə başlamazdan əvvəl əlcək geyilməli və mütləq gözlük taxılmalıdır.
Qarışığın hazırlanması. Qarışığı hazırlayarkən komponentlərin yerləşdirildiyi qabdan A, B ,C və D komponentlərini çıxarıb kənara qoyun, sonra həmin qabın içərisinə sıra ilə A, B və D komponentlərini axıradək boşaldın və homogen bir qarışıq əldə edilənə qədər aşağı dövrliyyəli bir qarışdırıcı ilə qarışdırın. D komponenti yüngül və uçucu olduğundan qarışdırarkən diqqətli olun. Parıltısız görünüş əldə etmək üçün D komponentini əlavə etmədən qarışıq hazırlana bilər. Daha sonra bu qarışığın üzərinə C komponentini əlavə edin və eyni şəkildə homogen bir qarışıq əldə edənədək qarışdırın.
Tətbiqi. Hazırlanan qarışığı istifadə olunacaq səthin üzərinə töküb elastiki malanın köməyi ilə yayaraq çarpaz hərəkətlərlə aralıqlara doldurun. Səthdə qalan qalıqları elastiki mala ilə sıyırın. FugaBlesk istifadə olunduqdan 15 dəqiqə sonra ilıq su ilə nəmləndirilmiş süngəri aralıq və səth üzərində yüngül dairəvi hərəkətlərlə gəzdirərək qalıqlardan təmizləyin. 24 saatdan sonra səthdə qalan qalıqlar nəmləndirilmiş bir bez ilə ovulmaqla təmizlənməlidir. Səth tam təmizlənmədikdə sirkəli su və ya aseton ilə ovulma işi təkrar olunmalıdır.
Tövsiyələr. İstifadə təlimatında göstərilməyən hər hansı əlavə qatqı qatmayın. Əldə edilən qarışığın istifadə müddəti +250C-də 50 dəqiqədir. Səthin və havanın temperaturu istifadə müddətinə təsir edə bilər. Yüksək temperaturda istifadə müddəti qısaldıgı halda, aşağı temperaturda istifadə müddəti uzanacaqdır. İstifadə müddəti bitmiş qarışıq istifadə olunmamalıdır.
Rəngi:
|
açıq sarı rəngli şəffaf maye |
Slxlığı |
1,53 kq/litr |
İstifadə temperaturu |
+100C ÷+250 C |
İstifadə müddəti, 250C-də |
50 dəqiqə |
Son bərkiməsi |
5 saatdan sonra |
Üzərində hərəkət etmə müddəti |
24 saatdan sonra |
Möhkəmlik həddi:
|
≥ 30 N/mm2 |
Suhopması 240 dəqiqədən sonra |
≤ 0.1 qr |
Temperatura dayanıqlığı |
(-300 C) – (+800 C) |
Qablaşdırma (dəst halında):
|
0,456 kq-lıq plastik qablarda |
Açılmamış orijinal qablarda, quru şəraitdə +50C ÷+350C arası temperaturda 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin