5 AZN
Xarici məkanlar üçün sement əsaslı, materialın keyfiyyətini, istifadə imkanlarını və çatlamaya qarşı müqavimətini artıran, sukeçirməzliyi, rəngin solmamasını və səthin hamarlığını təmin edən qatqılarla zəngin aralıq doldurma qarışığıdır. Sifarişlə istənilən rəngdə istehsal olunur.
Xarici məkanlar üçün sement əsaslı, materialın keyfiyyətini, istifadə imkanlarını və çatlamaya qarşı müqavimətini artıran, sukeçirməzliyi, rəngin solmamasını və səthin hamarlığını təmin edən qatqılarla zəngin aralıq doldurma qarışığıdır. Sifarişlə istənilən rəngdə istehsal olunur. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.
Bu aralıq doldurma qarışığından:
Səthin hazırlanması. İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və öliçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması. 20 kq quru qarışığı 7,0-7,4 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın. Qarışdırılan zaman su nisbətinə diqqət edin, duru şəkildə istifadə etməyin. Əgər duru şəkildə istifadə etsəniz, bu, çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin dəyişməsinə səbəb ola bilər.
Tətbiqi. Qarışığı səthə yayıb rezin mala ilə aralıqlara çarpaz hərəkətlərlə doldurun və artığını sıyırıb götürün. 20-30 dəqiqədən sonra nəm süngərlə səthi təmizləyin. Səth quruduqdan sonra quru bezlə təmizləyib parıldadın. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır.
Tövsiyələr. FugaFas 100 aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
ağ və müxtəlif rənglərdə |
İstifadə temperaturu |
+50 C - +300 C |
İstifadə müddəti |
2 saat |
Su/quru qarışıq |
0,35-0,37 litr su/ 1kq quru qarışıq |
Möhkəmlik həddi:
|
4,5 N/mm2 |
Aralıq doldurma işinə başlama vaxtı:
|
|
Qablaşdırma |
1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə |
Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilir.
Üzlük plitələrin ölçüləri, sm |
Aralığın dərinliyi - 8 mm |
||||
Aralığın eni |
|||||
2 mm q/m2 |
3 mm q/m2 |
4 mm q/m2 |
5 mm q/m2 |
6 mm q/m2 |
|
10×10 |
500 |
750 |
1000 |
1250 |
1500 |
10×20 |
400 |
600 |
800 |
1000 |
1200 |
15×15 |
350 |
550 |
700 |
900 |
1150 |
15×20 |
300 |
450 |
600 |
750 |
900 |
20×20 |
250 |
450 |
600 |
750 |
900 |
20×25 |
250 |
350 |
500 |
650 |
800 |
20×30 |
225 |
350 |
450 |
575 |
675 |
30×30 |
185 |
275 |
350 |
450 |
550 |
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin