6.64 AZN
Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, perlitli astar suvağıdır.
Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, perlitli astar suvağıdır. AZS 052 (TS 6433) standartına uyğundur.
Bu astar suvağından:
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret 300 və ya 400 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən nəmləndirilməli və ya Binmader astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 10 kq-lıq quru qarışığı 6,0-6,5 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda hissəciklər tam qarışana kimi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Astar hazır olduqdan sonra ona yenidən quru qarışıq və su əlavə etməyin.
Tətbiqi. Hazır AĞDAĞ astar suvağını sement və qum əsaslı suvaqla suvanmış səthə vurun. Astar suvağı səthə ən azı 3-5 mm qalınlığında çəkin. Səthin tipindən asılı olaraq AĞDAĞ astar suvağının sərfi dəyişə bilər. Astar suvağın vurulma mərhələsi bitəndən 24 saat sonra üzlük şpatklyovkadan hazırlanmış qarışıq səthə çəkilə bilər. AĞDAĞ astar suvağı 100-120 dəqiqə ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.
Tövsiyələr. Astar suvaq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlanmasında istifadə olunan bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək lazımdır. Çirklənmiş qablar və alətlər qarışığın işləmə müddətini qısaldır.
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50C ÷+300C |
Minimum tətbiq qalınlığı |
3 mm |
İstifadə müddəti |
100 - 120 dəqiqə |
Bərkimə müddəti |
200 - 220 dəqiqə |
Su/gips nisbəti |
6,0-6,5 litr su /10 kq gips |
Quruma müddəti |
təqribən 2-3 gün |
Möhkəmlik həddi:
|
1,7 MPa 3,8 MPa |
|
0,7 kq/ litr 1,5 kq/ litr |
Səthin müqaviməti |
50 Shore D |
Qablaşdırma |
30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
3-5 mm qalınlığında hamar səth almaq üçün 3-5 kq AĞDAĞ astar məhsulu sərf olunur. 1 kisə AĞDAĞ astar məhsulu 6-10 m2 sahəyə sərf olunur.
Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə, qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla quru anbarlarda 6 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin