6.64 AZN
Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik, incə, ağ rəngli, son qat üzlük suvaq qarışığıdır.
Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik, incə, ağ rəngli, son qat üzlük suvaq qarışığıdır. AZS 046 (TS 370) standartına uyğundur.
Bu məhsuldan:
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Üzlük çəkilməzdən əvvəl səth AĞDAĞ astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə suvanmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən su və ya Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla nəmləndirilməlidir.
Qarışığın hazırlanması. 10 kq-lıq AĞDAĞ üzlüyünü 6,5-7,0 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda tam qarışana kimi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Üzlük qarışıq suda tam qarışdıqdan sonra ona yenidən əlavə olaraq quru qarışıq və su qatmayın.
Tətbiqi. Hazır AĞDAĞ üzlük qarışığını AĞDAĞ astarla suvanmış divar səthinə və ya tavana mala ilə çəkin. Hazırlanmış qarışığı 130-150 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.
Tövsiyələr. Üzlük qarışıq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlandığı bidon və avadanlıqlar təmiz olmalıdır. Çirklənmiş qab və alətlər qarışığın istifadə müddətini qısaldaraq məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək tövsiyə olunur. Tətbiq zamanı polad malanın yaratdığı izlərin qalmamasına diqqət yetirilməlidir.
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50C ÷ +300C |
Minimum tətbiq qalınlığı |
1 mm |
İstifadə müddəti |
130-150 dəqiqə |
Donma (bərkimə) müddəti |
300-320 dəqiqə |
Su/gips nisbəti |
6,5 -7,0 litr su /10 kq gips |
Quruma müddəti |
təqribən 2 gün |
Möhkəmlik həddi:
|
2,4 MPa 4,7 MPa |
|
0,72 kq/ litr 1,5 kq/ litr |
Səthin müqaviməti |
57 Shore D |
Qablaşdırma |
30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
AĞDAĞ üzlük qarışığından istifadə zamanı 1 mm qalınlığında hamar və düzgün səth əldə etmək üçün 1 kq məhsul sərf olunur. 1 kisə AĞDAĞ üzlük gips qarışığı 30 m2 hamar səth almaq üçün kifayət edir.
Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin