phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  899  əd.
Məhsul Haqqında:

Təbii gips daşının lazımi temperaturda bişirilməsindən alınan yüksək keyfiyyətli, ekoloji təmiz, ağ rəngli incə gipsdir.

Xüsusiyyətlər

Məhsul haqqında

Təbii gips daşının lazımi temperaturda bişirilməsindən alınan yüksək keyfiyyətli, ekoloji təmiz, ağ rəngli incə gipsdir. AZS 046 (TS 370) standartına uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • lepka və paduqaların hazırlanılmasında;
  • gips lövhələrin və arakəsmə gips tavaların hazırlanmasında
    istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • çatlamır;
  • möhkəmdir;
  • istiliyi və səsi izolyasiya edir;
  • temperatura davamlıdır və ekoloji cəhətdən təmizdir;
  • insan orqanizmi üçün zərərsizdir;
  • təbii gips parlaqlığına malikdir.

İstifadə qaydaları

Səthin hazırlanması. Lepka (dekorativ gips məmulatı) və paduqaları yapışdırmazdan əvvəl divar və tavan səthlərin yoxlanılmış və möhkəm olmasına diqqət etməli, səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir. Bundan sonra hamar və düzgün səth almaq üçün AĞDAĞ Astar və AĞDAĞ Üzlükdən və ya standartlara uyğun digər bu tipli təmir məhsullarından divar, tavanın suvanmasında istifadə edilməlidir.

Qarışığın hazırlanması. 10 kq-lıq Kartonpiyer məhsulunu 30 saniyə ərzində 6,5-7,0 litr suya hissə-hissə səpin və 2-3 dəqiqə ərzində xüsusi qarışdırıcı və ya əl aləti ilə qarışdırın.

Tətbiqi. Hazırlanmış Kartonpiyer qarışığını dekorativ gips məmulatların (lepka və paduqa), arakəsmə gips tavaların və gips lövhələrin hazırlanmasında istifadə edin. Hazırlanmış qarışığı 8-12 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş Kartonpyer qarışığından istifadə etməyin.

Tövsiyələr. Məhsulun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə edilməməlidir. Qarışığın hazırlandığı bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Çirkli qab və alətlər qarışığın işləmə müddətini qısaldır. Avadanlıq və alətləri istifadədən dərhal sonra su ilə yuyub təmizləmək lazımdır. Dekorativ məmulatlar hazırlanarkən kəndir və ya süni liflərdən istifadə edilməsi tövsiyə olunur. Gipsin daxilinə kəndir və ya xüsusi liflər yerləşdirməklə məmulatların sınma və qırılma riskini azaltmaq mümkündür.

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+50 C÷+30 0C

Bərkimə müddəti:

  • başlanğıc
  • son

 

8-12 dəqiqə

17-22 dəqiqə

Yayılma miqyası

140-180 mm

Su udma qabiliyyəti

34-38%

Su/gips nisbəti

6,5-7,0 litr su/10 kq gips

Quruma müddəti

təqribən 1 gün

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

 

4,5-5,5 MPa

10,5 MPa

  • Quru halda məhsulun tökmə sıxlığı
  • İstifadəyə hazır məhlulun sıxlığı

0,64 kq/ lit

1,48 kq/ litr

Səthin müqaviməti

125-130 Shore D

Qablaşdırma

30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

Sərfiyyatı dəyişkəndir. İtkinin olmamasına görə istifadə zamanı eyni çəkili digər gipslərlə müqayisədə quru litrə ağırlığı az olduğundan AĞDAĞ Kartonpiyer daha məhsuldar olub, 5% daha artıq lepka və paduqa hazırlamağa imkan verir. Bu da 100 kisə 30 kq-lıq AĞDAĞ Kartonpiyer üçün 150 kq qənaət deməkdir.

Saxlanma müddəti və qaydası

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla, quru olan anbarlarda 6 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • AĞDAĞ Kartonpiyer istifadə olunan zaman suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
  • məhsula sudan başqa heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz