phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  981  əd.
Məhsul Haqqında:

Filkret 300 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, yüksək stabilliyə malik səthin bərpası və plomb qarışığıdır. “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

Xüsusiyyətlər

Məhsul haqqında

Filkret 300 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, yüksək stabilliyə malik səthin bərpası və plomb qarışığıdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • quru beton səthləri boyamadan əvvəl hamar səthin hazırlanmasında;
  • divar və tavanların suvanması və təmiri zamanı beton səthdə olan nahamarlıqların hamarlaşdırılmasında istifadə olunur.

Üstünlükləri

  • yalnız su ilə qarışdırılır, asan şəkildə tətbiq edilir;
  • məcun qatilığındadır;
  • səthlərin düzgün bitişməsini təmin edir;
  • rəngi ağ olduğundan asan boyana bilir;
  • beton və suvaqlı səthlərdə yüksək yapışqanlılıq qabiliyyəti yaradir;
  • geniş səthlərə asan şəkildə tətbiq edilir;
  • çatlar əmələ gətirmir.

İstifadə qaydaları

Səthin hazırlanması. Tikililərin təmir ediləcək sement əsaslı səthləri möhkəm, tozsuz və təmiz olmalı, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından, dəmir və taxta parçalarından tamamilə təmizlənməlidir. Qarışığın tətbiq ediləcəyi səthlərin su ilə doyması təmin edilməli, lakin səthdə sərbəst su qalmamalıdır.

Qarışığın hazırlanlması. Ölçü cihazı vasitəsi ilə müvafiq miqdarda suyu təmiz vannaya boşaldın və üzərinə yavaş-yavaş Filkret 300 təmir qarışığı əlavə edin. Dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı cihazla homogen bir qarışıq əldə edilənə qədər 4 dəqiqə qarışdırın. Təqribən 4 dəqiqə gözlədikdən sonra yenidən 30 saniyə qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

Filkret 300

1 kq-lıq toz üçün

20 kq-lıq kisə üçün

Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı

 

0,275 litr

 

5,5 litr

İstifadəyə hazır məhlulun sıxlığı

1,5 kq/litr

Tətbiqi. Hazırlanan qarışığı 1-5 mm qalınlığında olmaqla mala vasitəsilə səthə çəkin. Qarışıq suyu çəkənə qədər gözləyin. Səthə çəkilən qarışığın üzərinə suvaq fırçası ilə su səpin. Sonra isə polad və ya taxta malanın köməyi ilə səthi istənilən şəkildə düzəldin. Filkret 300 məhsulu açıq havada, açıq geniş səthlərdə, xüsusi ilə isti, quru və küləkli mühitdə tətbiq edildikdə 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhlulu ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.

Tövsiyələr. Filkret 300 təmir qarışığı epoksid boyalarının altında istifadə oluna bilməz. Təmir üçün nəzərdə tutulmuş qarışıq +200C temperaturda 30 dəqiqə ərzində istifadə olunmalıdır. Bu müddət +320C temperatur üçün 20 dəqiqədir. Xarici səthdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı sistemlərin işləmə və reaksiya surəti ətraf mühitin və torpağın istiliyinə, həmçinin havadakı rütubətin təsirinə məruz qala bilər. Aşağı temperaturda hidrotasiya ləngiyir və nəticədə məhsulun istifadə müddəti artır. Yüksək hərarət isə hidrotasiyanı sürətləndirir, nəticədə yuxarıda qeyd olunan müddət bununla əlaqədar azalır. Qarışığın tam bərkiməsi üçün ətraf mühitin temperaturu nəzərdə tutulan minumum həddən az olmamalıdır. Qarışıq tətbiq edildikdən sonra istifadə olunan bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+5ºC ÷+32ºC

İstifadə müddəti:

  • +20ºC temperaturda

30 dəqiqə

Sıxılmada möhkəmlilik həddi:

  • 28 gündən sonra

 

>10 N/mm2

Qopma müqaviməti:

  • 28 gündən sonra

>0,8 N/mm2

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

1 mm
5 mm

Tam bərkimə müddəti

28 gündən sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 20 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm qalınlıq üçün 1,2 kq/m2 qarışıq sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orjinal kisələrdə olan sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitlərində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

  • Filkret 300 təmir qarışığı tətbiq edildiyi zaman iş və işçinin sağlamlığı qaydalarına müvafiq olaraq iş paltarlarından, qoruycu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • udulduğu zaman isə həkimə müraciət edin;
  • qatışığın tətbiq edildiyi sahələrə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerdə saxlayın.
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz