phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  969  əd.
Məhsul Haqqında:

Hamam, tualet, balkon və texniki su məkanları üçün.

Xüsusiyyətlər

Məhsul haqqında

Toz tərkibi: Sement qatqılı, kimyəvi qatqıları özündə əks etdirəní quru qarışıqdır. Maye tərkibi: Akrilik əsaslı emulsiya polimeridir. TŞ AZS 31 43498-05-2005 texniki şərtin tələblərinə uyğundur. Hamam, tualet, balkon və texniki su məkanları üçün.

İstifadə sahələri

Bu izolyasiya qarışığından:

  • daimi su saxlanılan hovuzlarda;
  • binaların bünövrəsində və balkonlarda;
  • əsas divar və arakəsmələrdə;
  • su anbarlarında;
  • terraslarda;
  • beton, suvaq və döşəmə suvağı kimi səthlərin üzərində;
  • daima su ilə təmasda olan məkanlarda kafel və metlax vurulmazdan öncə istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • torpağın tərkibindəki kimyəvi maddələrə və duzlara qarşı davamlıdır;
  • yüksək yapışma qabiliyyəti və elastikliyi sayəsində suvaq, döşəmə suvağı (şap) və digər səthlərin üzərinə üzlük plitələri yapışdırmazdan əvvəl su keçirməyən möhkəm hidroizolyasiya təbəqəsi yaradır.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməlidir. İstifadə olunacaq səthlərdə nöqsan olarsa, MATON 100 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə düzəldilməlidir. İstifadə etməmişdən əvvəl səth BİNMADER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq toz şəklindəki qarışıq maddəsini 10 litr maye tərkibin üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

TətbiqiHazırlanan qarışığı səthə vərdənə və ya fırça ilə 2 qat çəkin. Qatlar bir-birinə perpendikulyar şəkildə olmalıdır. Qatlar arasındakı vaxt temperaturdan asılı olaraq 5-6 saat ola bilər. Məhsulun tətbiq olunduğu künclərdə çatların əmələ gəlməməsi üçün küncləri ovallaşdırın və qarışığı tor vasitəsilə bərkidin. Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır.

Tövsiyələr. Qarışığın tətbiq olunduğu səthi 48 saat müddətinə günəş şüasından, yagıntılardan və tozdan qoruyun və birbaşa günəş işığının düşdüyü yerlərdə istifadə etməyin. Nazik təbəqə şəklində tətbiq olunduğundan piyada və maşınların hərəkətinə məruz qalan səthlərə vurulduqdan sonra səthi beton döşəmə suvağı, keramika kimi qopuyucu üzlük materialı ilə örtün. Qarışığın istifadə olunduğu yerlər istifadəyə verilməzdən və ya örtüklə örtülməzdən əvvəl ən azı1 həftə gözləyin.

Texniki göstəricilər

Rəngi:

  • 1-ci tərkib
  • 2-ci tərkib

 

boz toz
ağ maye

İstifadə temperaturu

+50C - +320C

Maye/toz nisbəti

10 litr ağ maye/25 kq toz

İstifadə müddəti

3 saat

İstifadəyə verilmə müddəti

1 həftədən sonra

Qatlar arası gözləmə müddəti

5-6 saat

Qopma müqaviməti

1 N/mm2

Su təzyiqinə qarşı müqaviməti

2 bar

Qablaşdırma:

  • toz
  • maye

 

2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə4 və 10 litrlik plastik bidonlarda

Sərfiyyat

İzoLatexe Eko hidroizolyasiya qarışığı səthə 2 qat çəkilir.

Birinci qatın sərfiyyatı: 1,2 kq/m2.

İkinci qatın sərfiyyatı: 1,0 kq/m2.

Saxlama müddəti və qaydası

Toz tərkibli komponent açılmamış qablarda, quru şəraitdə, taxta altlıqlar üzərində üst-üstə 10 kisə olmaqla, maye tərkibli komponent isə plastik bidonlarda üst-üstə 3 cərgə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsulun sement akrilik əsaslı və kimyəvi qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz