52.4 AZN
İkikomponentli olub, ankerləmə, montaj, birləşdirmə və yapışdırma məhsuludur.
İkikomponentli olub, ankerləmə, montaj, birləşdirmə və yapışdırma məhsuludur. Uyğunluq kodu: 04.613/8-e. (Komponent A+Komponent B).
Bu məhluldan:
Səthin hazırlanması. Sement əsaslı səthlər (beton, şap, suvaq) və ya təbəqələr hər növ çirkdən təmizlənməlidir. Metal səthlər isə pasdan və çirkdən tamamilə təmizlənmiş vəziyyətdə olmalıdır.
Qarışığın hazırlanması. EPOKS 300 yapışdırma məhlulu ikikomponentli olub, müvafiq miqdarlarda qablaşdırılmışdır. İstifadə zamanı hər iki komponent eynicinsli tərkib əmələ gələnə qədər, 400-600 dövr/dəqiqəli qarışdırıcı vasitəsilə ən azı 3 dəqiqə qarışdırılmalıdır. Qarışdırma zamanı məhlulun +150C÷+250C temperaturda olması təmin edilməlidir.
Qarışdırılma nisbətiləri:
Kompanent A: epoksid əsaslı qatran 3,75 kq;
Kompanent B: epoksid əsaslı sərtləşdirici 1,25 kq.
Tətbiqi. EPOKS 300 məhsulunu səthə mala vasitəsilə çəkin. Armatur birləşmələrində açılan dəlikləri hava ilə yaxşı-yaxşı təmizləyin. Açılan dəliklər birləşdiriləcək komponentdən 6 mm geniş olmalıdır. Məhsul tapança ilə rahat şəkildə tətbiq oluna bilər.
Tövsiyələr. EPOKS 300 məhlulu müvafiq qarışdırma qurğusu vasitəsilə qarışdırılmalıdır. Əl və ya mala ilə qətiyyən qarışdırılmamalıdır. Tərkibində epoksid qatran məhlulu olan məhsulların istifadə və bərkimə müddətləri mühitin temperaturundan asılıdır. Ən sərfəli istifadə temperaturu +100C ÷+200C–dir. Hazır məhlul qarışığına su və yeni məhlul əlavə edilməməlidir. İstifadədən sonra işlədilən alət və ləvazimatlar yuyucu toz əlavə olunmuş isti su ilə təmizlənməlidir.
Rəngi |
boz |
Tərkibi:
|
epoksid əsaslı qatran (yapışdırıcı) |
Əyilmə müqaviməti:
|
17 N/mm2 |
Qarışığın sıxlığı |
1,7 kq/litr |
Qopma müqaviməti:
|
3,0 N/mm2 |
Tam müqavimət alma müddəti |
7 gün |
Qarışdırılmış məhsulun istifadə müddəti:
|
40 dəqiqə |
Tətbiq ediləcək qalınlıq:
|
2 mm |
Təzyiqə qarşı müqaviməti:
|
30 N/mm2 |
Qablaşdırma:
|
3,75 kq-lıq dəmir qablarda |
Çatların forma və dərinliyində asılı olaraq təmir qarışığının sərfiyyatı dəyişkəndir.
Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donvurmadan qorumaq şərtilə 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin