20.2 AZN
Bitum/kauçuk lateks emulsiya əsaslı, mükəmməl yapışa bilən, quruduqdan sonra elastiki, nəm və buxar keçirməyən qat əmələ gətirən hidroizolyasiya məhsuludur.
Bitum/kauçuk lateks emulsiya əsaslı, mükəmməl yapışa bilən, quruduqdan sonra elastiki, nəm və buxar keçirməyən qat əmələ gətirən hidroizolyasiya məhsuludur.
Bu izolyasiya məhsulundan:
Səthin hazırlanması. Məhsulun tətbiq olunduğu səthlərin sağlam, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirməli, səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır. Səthdəki xırda dəmir və taxta parçaları çıxarılmalı, əmələ gələn boşluqlar təmir harcı ilə doldurulmalı, künclər oval şəklə salınmalıdır. Ehtiyac olduğu halda İzoBitex səthə astar vurulduqdan sonra vurula bilər.
Qarışığın hazırlanması. İzoBitex birkomponentli olduğundan qarışdırılması sadədir. İzoBitex-dən 1 kq götürün, üzərinə 6 litr su əlavə edin və 400-600 dövr/dəqiqəlik bir qarışdırıcı ilə 3-5 dəqiqə bircinsli məhlul əldə edənədək qarışdırın.
Tətbiqi. Münasib ölçülü fırça və ya vərdənə ilə bütün səthə eyni qalınlıqda yayın və üfüqi səthlərdə yığılıb qalmasının qarşısını alın. Ehtiyac olduğu halda İzoBitex-ə 1/6 nisbətində su qatılaraq (0,02 litr İzoBitex +0,14 litr su, cəmi 0,16 litr/m² ) astar qatı kimi istifadə oluna bilər. İstifadə müddətində səthin hamarlığından asılı olaraq sərfiyyat 50% -ə qədər arta bilər. Astarın qurumasından sonra istifadə mərhələsinə keçilə bilər. Torpaq səviyyəsindən aşağıda (bünövrə və s. yerlərdə) istifadə olunduğu halda beton tökülmüş və qəlibi təzəcə çıxarılmış səthlərə çəkilə bilər. Birinci qat çəkildikdən dərhal sonra səthə qum səpilməlidir. Səth quruduqdan sonra yapışmayan qum dənələri süpürülərək götürülməlidir. Sonra ikinci qat çəkilməli və üzərinə yenidən qum səpilməlidir. Ehtiyac duyulduğu halda bu proseduranı sonrakı mərhələlərdə də təkrar etmək olar. İzoBitex-in üzərini hər hansı bir qoruyucu qatla örtmək istədikdə son qat qurumadan üzərinə qum səpilməlidir. Səth quruduqdan sonra yapışmayan qum hissəcikləri süpürülərək təmizlənməli və daha sonra şap, suvaq və ya gips əsaslı məhsullar istifadə olunmalıdır.
Tövsiyələr. İstifadədən sonra bütün alət və ləvazimatlar ilıq sabunlu su ilə təmizlənməlidir. İzoBitex sərtləşdikdən sonra münasib təmizləyici ilə mexaniki olaraq səthdən təmizlənə bilər.
Məhsulun tərkibi |
bitum-kauçuk lateks emulsiya |
Rəngi |
qəhvəyi-qara |
Aqreqat halı |
qatı maye |
Həcm kütləsi |
1,01 kq/litr |
İstifadə olunan səthin temperaturu |
+50C - +320C |
Qablaşdırılması
|
25 kq-lıq plastik vedrələrdə, 100 kq-lıq plastik çəlləklərdə, 200 kq-lıq dəmir çəlləklərdə |
İstifadə sahələri |
Qatların sayı |
1-ci qat |
2-ci qat |
3-cü qat |
Körpü dayaqları, divarların xaricdən son qatı, beton və sütunlarda su izolyasiyasında və qoruyucu qat təbəqəsində |
2 qat |
0,50 kq/m2 |
0,45 kq /m2 |
|
Qumlu qatının istifadəsində
|
2 qat |
0,65 kq /m2 |
0,65 kq /m2 |
|
Daxili və xarici məkanlarda tökülən dəmir-betonun pərdə divarlarında |
3 qat |
0,45 kq /m2 |
0,45 kq /m2 |
0,45 kq /m2 |
Hamar olmayan dalğalı səthlərin su izolyasiyasında |
3 qat |
1 kq /m2 |
0,65 kq /m2 |
0,65 kq /m2 |
Şifer, asfalt, qurğuşun, sink, alüminium, beton və taxta səthlərin su izolyasiyasında |
3 qat |
1 kq /m2 |
0,65 kq /m2 |
0,65 kq /m2 |
Buxar keçirməyən qat olaraq |
2 qat |
1 kq /m2 |
0,65 kq /m2 |
|
İstilik izolyasiya lövhələrinin yapışdırılmasında |
1 qat |
0.8 kq /m2 |
|
|
Digər xüsusi səthlərdə sıva astarı olaraq |
2 qat |
0.22 kq /m2 |
0.22 kq /m2 |
|
Ağzı açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donmadan qorunmaqla 12 ay saxlanıla bilər. Qısa müddət saxlandığı halda ən çoxu 3 ədəd taxta altlıqlar üst-üstə qoyula bilər və istifadə zamanı əvvəlcə ən altdakı götürülməlidir. Uzun müddət saxlanıldığı halda isə taxta altlıqlar üst-üstə qoyulmamalıdır.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin