3 AZN
AZERLIME Suvaq üçün əhəng məhsulu xüsusi texnologiya ilə təbii əhəng daşından hazırlanan yüksək aktivliyə malik hidrotasiyalı (söndürülmüş) əhəngdir. Bu məhsul qum-sement məhsuluna qatılır və əhəngli suvaq əldə edilir.
ГОСТ 9179-77 və TS EN 459-1 saylı standartların tələblərinə uyğundur.
İnşaat sektorunun müxtəlif sahələrində, binaların daxili və xarici səthlərində kərpic, mişardaşı və digər növ daşlardan hörülmüş divarların suvanmasında, hörülməsində və döşəmələrdə hamar səthin (стяжка) yaradılmasında istifadə olunur.
Hazır quru qarışığa (qum, sement və əhəng qarışıqlı) qarışıq miqdarının 15-18%-i qədər su əlavə edib 3-5 dəqiqə ərzində gözləmək, sonra isə qarışdırmaq lazımdır. İstifadəyə hazır suvaq məhsulundan qırmızı kərpiç, mişar daşı və digər növ daşlardan hörülmüş divarların suvanmasında, hörgü işlərində və səthlərin hamarlaşdırılmasında istifadə edin. İstifadə olunacaq məhsulun hazırlanması üçün tələb olunan quru inşaat qarışıqlarının və suyun miqdarı aşağıdakı cədvəldə göstərilmişdir.
Hazır quru qarışığın tərkibi |
Qarışıqların miqdarı (çəki ilə) |
Qarışıqların miqdarı (çalov ilə) |
Suvaq üçün əhəng |
5,7 kq |
1 çalov |
Sement M300 |
13 kq |
1 çalov |
Suvaq qumu |
81,3 kq |
6 çalov |
Tələb olunan suyun miqdarı |
15-18 l |
15-18% |
Rəngi Açıq boz
İstifadə temperaturu +50C - +300C
Su /Əhəngli suvaq 15-18 l su/100 kq quru qatışığı
İstifadə müddəti 120 dəqiqə
Tətbiq qalınlığı
minimum 8 mm
maksimum
(mərhələli tətbiq olunmaqla) 100 mm
İstifadəyə hazır məhsulun sıxlığı 2100 kq/m3
Quruyandan sonra məhsulun
sıxlığı 1800 kq/m3
Möhkəmlik həddi:
əyilmədə 2 N/mm2
sıxılmada 5 N/mm2
AZERLIME suvaq üçün əhəng məhsulu 20 kq-lıq polietilen və ya kağız kisələr, 500 və 1000 kq-lıq, polietilen Biq Bəg kisələrdə qablaşdırılır.
AZERLIME suvaq üçün əhəng məhsulu açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 1 il saxlanıla bilər.
AZERLIME məhsulundan istifadə olunmaqla suvaq hazırlanılan zaman istifadə olunan suyun, qabların və döşəmənin təmiz olmasına xüsusi diqqət edin;
Suvaq üçün hazırlanmış quru qarışığa sudan başqa heç nə əlavə etməyin.
Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
“Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir.
Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
Texniki dəstək, və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin