4.44 AZN
Məhsul haqqında
MUTLU sıva gips əsaslı, yüksək yapışma qabiliyyətinə malik, keyfiyyətli, perlitli astar suvağıdır.
AZS 052 (TS 6433) standartına uyğundur.
İstifadə sahələri
MUTLU sıva:
Üstünlükləri
İstifadə qaydası
Səthin hazırlanması: İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret 300 və ya 400 təmir qarışığı ilə və ya standartlara uyğun digər məhsulla doldurulmalıdır. İstifadə olunacaq səth əvvəlcədən nəmləndirilməli və ya ROKOL Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş digər məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması: Təmiz qaba qarışıq miqdarına uyğun olaraq su tökülür (su/gips nisbəti: 5,5-6,0 litr suya10 kq MUTLU sıva tökülür) və MUTLU sıva su üzərinə səpilir. 3-4 dəqiqə gözlədikdən sonra, homogen qarışıq əldə etmək üçün qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Qarışdırdıqdan sonra əldə olunan qarışıq istifadəyə hazırdır.
Tətbiqi: Hazır MUTLU sıva qarışığını qara suvaq (qum və sement) və ya əhəngli suvaqla (qum, sement və əhəng) suvanmış səthə vurulur. MUTLU sıva qarışığı səthə ən azı 3-5 mm qalınlığında çəkilir. Səthin tipindən asılı olaraq MUTLU sıva qarışığının sərfiyyatı dəyişə bilər. MUTLU sıva qarışığının vurulma mərhələsi bitdikdən 24 saat sonra gips əsaslı üzlük suvaq səthə çəkilə bilər. MUTLU sıva qarışığı 90-120 dəqiqə ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.
Tövsiyələr. MUTLU sıva qarışığı istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. Qarışığın hazırlanmasında istifadə olunan bidon və avadanlıqlar təmiz olmalıdır. Alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək lazımdır.
Texniki göstəricilər
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50C ÷+300C |
Minimum tətbiq qalınlığı |
3 mm |
İstifadə müddəti |
90 - 120 dəqiqə |
Bərkimə müddəti |
200 - 220 dəqiqə |
Su/gips nisbəti |
5,5-6,0 litr su /10 kq |
Quruma müddəti |
təqribən 2-3 gün |
Möhkəmlik həddi:
|
1,7 MPa 3,8 MPa |
|
0,7 kq/ litr 1,5 kq/ litr |
Səthin möhkəmliyi |
50 Shore D |
Qeyd: yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% ±5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə edilib. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Qablaşdırma
Sərfiyyat
1m2 səthdə 3-5 mm qalınlığında hamar səth almaq üçün 4-5 kq MUTLU sıva məhsulu sərf olunur. 1 kisə MUTLU sıva məhsulu təxminən 6-10 m2 sahəyə sərf olunur.
Saxlama qaydası
Orijinal bağlı kisələrdə döşəməyə toxunmadan quru yerdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla 6 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
Zəmanət, istehsalçı və texniki dəstək
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin