Məhsul haqqında
FLOMEL S 100 melamin sulfonat əsaslı, sement və gips kimi toz məhsullarının emalında istifadə olunan tozşəkilli super plastifikatordur.
İstifadə sahələri
Bu beton qatqısı:
- tikinti üçün nəzərdə tutulan kimya məhsulları sənayesində;
- sement əsaslı tozşəkilli məhsul emalında;
- gips əsaslı tozşəkilli məhsul emalında;
- məhlul şəklində super plastifikatorların daşınmasının çətinlik yaratdığı yerlərdə;
- sənayedə qəlib gipsi istehsalında istifadə olunur.
Üstünlükləri
- tozşəkilli məhsulların qarışıq suyunu azaldaraq möhkəmliyini artırır;
- tozşəkilli məhsulların qarışıq suyunu azaldaraq həm də isifadə qabiliyyətini artırır;
- tozşəkilli məhsulların rənglərini dəyişdirmir;
- tikinti yerində asanlıqla su ilə qarışdırılaraq məhlul şəklində super plastifikator əldə olunur;
- su ilə qarışdırıldıqda şəffaf rəngli qarışıq əldə olunur.
Texniki göstəricilər
Maddənin quruluşu
|
melamin sulfonat əsaslı
|
Rəngi
|
ağ
|
Sıxlığı
|
1,8-1,9 kq/ litr
|
Qablaşdırma
|
polietilenlə möhkəmləndirilmiş 25 kq-lıq kraft kisələrdə
|
+200C temperaturda, 50% rütubətlilik şərtləri altında əldə olunmuşdur.
Sərfiyyat
FLOMEL S 100 bağlayıcının kütləsinin %-lə miqdarı aşağıdakı kimi olmalıdır:
- qarışığın istifadə keyfiyyətini artırmaq üçün 0,2 -0,4 % miqdarında;
- qarışığın müqavimətini artırmaq üçün 0,3-0,6 % miqdarında;
- qarışığın davamlılıq və müqavimətini artırmaq üçün 0,5-0,9 % miqdarında;
- hamarlayıcı örtüklər və zavod istehsalı olan gips komponentləri üçün 0,6-1,5 kq miqdarında;
- gips qəliblər üçün 0,5-1,5 kq miqdarında;
- istifadə miqdarı əsasən laboratoriya tədqiqatları ilə müəyyən olunur.
Saxlama müddəti və qaydası
Quru şəraitdə, temperaturun +400C-dən çox olmadığı yerlərdə orijinal kisələrdə saxlanılmalıdır. Müvafiq saxlama şərtlərinə uyğun olaraq orijinal qablaşdırmada məhsul istehsal müddətindən etibarən 24 ay saxlanıla bilər. Açılmış kisələr müvafiq saxlama şərtlərində saxlanılmaqla 1 həftə ərzində istifadə olunmalıdır.
Xəbərdarlıqlar
- məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
- məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal güclü su şırnağı altında sabunla yuyun;
- əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
- məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
- uşaqların əli çatmayan yerlərdə saxlayın.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Məhsul haqqında rəy əlavə edin