144 AZN
Epoksid əsaslı, həlledicisiz, ikikomponentli, şəffaf və rəngli səth sərtləşdiricisi məhsuludur.
Epoksid əsaslı, həlledicisiz, ikikomponentli, şəffaf və rəngli səth sərtləşdiricisi məhsuludur.
Bu səth sərtləşdiricisindən:
Səthin hazırlanması. Staltop EX-50 məhsulunun istifadə olunacağı səthlər əvvəlcədən ona uyğun Staltop astar məhsulu ilə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır. Staltop EX-50 şəffaf məhsulundan da astar kimi istifadə etmək olar. Məhsul əvvəlcədən astarlanmış səthin üzərini tam bağlayanadək istifadə olunmalıdır. Məhsuldan istifadə zamanı səthin istiliyi +50C-dən aşağı olmamalıdır.
Qarışığın hazırlanması. Qarışıq nisbəti nəzərə alınmaqla Staltop EX-50 məhsulu istifadəyə tam hazır şəkildə istehsal olunur. Qarışdırmağa başlamazdan əvvəl materialların temperaturunun +150C-lə +250C arasında olmasına əmin olmaq lazımdır. Staltop EX-50-nin A komponenti piqment tərkiblidir. Homogen rəng alınana qədər A komponentini 300-400 dövr/dəqiqəlik mexaniki qarışdırıcı ilə yaxşıca qarışdırın. Bundan sonra B komponentinin hamısını A komponentinin üzərinə boşaldın. Alınmış qarışığı 300-400 dövr/dəqiqəlik mexaniki qarışdırıcı ilə homogen bir qarışıq alınana qədər ən azı 3 dəqiqə qarışdırın. Qarışdırma qabının kənarlarındakı və dibindəki materiallar tamamilə qarışmalıdır. İlk qarışdırma qabındakı qarışığı digər bir dəmir qabın içərisinə tökərək bir müddət gözləyin. Sonra yenidən 1 dəqiqə qarışdırıb istifadə edin.
Staltop EX-50 səth sərtləşdiricisi istifadə olunmazdan əvvəl məhsul 1,0/1,5 və ya 1,0/2,0 nisbətində kvars qumu ilə qarışdırılaraq istifadə oluna bilər.
Staltop EX-50 |
Komponent A |
Komponent B |
Qarışıq miqdarı |
6 kq |
3 kq |
Qarışığın sıxlığı |
1,10 kq/l |
Tətbiqi. Staltop EX-50 məhsulunu istənilən qalınlıq alınana qədər dişli mala ilə səthə çəkin. Şəraitdən asılı olaraq məhsul müəyyən qatılığa gəldikdən sonra kirpi vərdənə vasitəsilə havasını alın.
Tövsiyələr. İstifadə zamanı səthin temperaturu +50C-lə +350C arasında olmalıdır. Çox isti, yağışlı və ya küləkli havalarda istifadə olunmamalıdır. Uyğun temperaturda aparılacaq işlərdə istifadə olunan materiallar 1-2 gün əvvəlcədən istifadə sahəsinə gətirilərək anbara yığılmalı və hava şəraitinə uyğun saxlanılmalıdır. Çox soyuq havalarda istifadə edilərsə, qızdırıcının köməyi ilə mühitin və səthin temperaturu artırılmalıdır. İstifadə olunarkən qablaşdırılmış məhsulun temperaturu +200C - +250C olmalıdır. Epoksid və poliüretan əsaslı səth sərtləşdiriciləri mütəxəssislər tərəfindən istifadə olunmalıdır. Qatran əsaslı sərtləşdiricilərin işləmə və reaksiya müddəti şəraitdən, səthin temperaturundan və havadakı nəmlikdən asılı olduğundan aşağı temperaturlarda kimyəvi reaksiya ləngiyir. Bu da səthin sərtləşməsini və məhsulun istifadə müddətini uzadır. Eyni zamanda qatılıq çoxaldığı üçün sərfiyyat da artır. Yüksək temperaturda isə kimyəvi reaksiya artır və yuxarıda göstərilən şərtlər azalır.
Məhsulun nəmliyinin tamamilə aradan qalxması üçün havanın və səthin temperaturu icazə verilən minimum həddən aşağı düşməməlidir. Məhsul istifadə olunan zaman səth 24 saat ərzində su ilə təmasdan qorunmalıdır. Əgər 24 saatdan tez səthə su düşərsə bu zaman səthdə karbonatlaşma və yumşalma yaranacaq ki, bu da istifadə olunmuş məhsulun öz xüsusiyyətlərini itirməsinə səbəb olacaqdır. Belə hal baş verərsə, məhsul səthdən təmizlənməli və yenisi ilə əvəz olunmalıdır.
Staltop EX-50 məhsulu istifadəyə tam hazır şəkildə istehsal olunduğundan istifadə zamanı qarışığın içərisinə həlledici və s. qatılmamalıdır. Məhsul 300-400 dövr/dəqiqəlik mexaniki qarışdırıcı ilə qarışdırılmalıdır. Məhsulun əl ilə qarışdırılması yolverilməzdir. İlk qarışdırma mərhələsi qurtardıqdan sonra qarışıq mütləq digər təmiz bir qaba boşaldılmalı və yenidən qarışdırılmalıdır. Məhsul istifadə olunduqdan sonra alətlər həlledici ilə təmizlənməlidir. Staltop EX-50 sərtləşdikdən sonra səthdən yalnız mexaniki üsulla təmizlənməlidir.
Rəngi |
şəffaf və çeşidli rənglərdə |
Saxlanma temperaturu |
-200 C - +800 C |
Sıxlığı |
1,10 kq/litr |
Müqaviməti:
|
>60 N/mm2 >25 N/mm2 >2 N/mm2 |
İstifadə müddəti |
60 dəqiqə |
Üzərində hərəkət etmə müddəti:
|
7 gündən sonra 3 gündən sonra 2 gündən sonra |
Tam bərkimə müddəti |
7 gündən sonra |
Qablaşdırma: Staltop EX-50 rəngli
Staltop EX-50 şəffaf
|
6,0 kq-lıq dəmir qablarda 3,0 kq-lıq dəmir qablarda
5,54 kq-lıq dəmir qablarda 3,0 kq-lıq dəmir qablarda |
Staltop EX-50 məhsulunun istifadə olunduğu məkandan asılı olaraq sərfiyyat dəyişkəndir.
Açılmamış orijinal qablarda, sərin və quru şəraitdə, şaxtadan qorumaqla 12 ay saxlanıla bilər.
Qısa müddətli saxlamada məhsul ən çoxu 3 cərgə olmaq şərti ilə üst-üstə qoyula bilər. İstifadə zamanı birinci növbədə alt cərgədə olan məhsul istifadə olunmalıdır. Uzun müddətli saxlamada isə məhsullar üst-üstə yığılmamalıdır.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin