phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  901  əd.
Məhsul Haqqında:

İstifadə olunduğu səthə nüfuz etməklə qabıq əmələ gətirməyən və kirəcləşmənin (ərpləşmənin) qarşısını alan, tənəffüsə mane olmayan mikrosəviyyəli səth qoruyucusu məhsuludur.

Xüsusiyyətlər

Məhsul haqqında

İstifadə olunduğu səthə nüfuz etməklə qabıq əmələ gətirməyən və kirəcləşmənin (ərpləşmənin) qarşısını alan, tənəffüsə mane olmayan mikrosəviyyəli səth qoruyucusu məhsuludur.

İstifadə sahələri

Bu məhsuldan

  • su qaytarma xüsusiyyəti sayəsində üzlük plitələrin və quru qarışıq maddələrdən hazırlanmış daş kompozitlərinin çirklənməsinə və yosun bağlamasına qarşı müqavimətin artırılmasında;
  • sonrakı təmizlik işlərinin aparılmasında və suya qarşı müqavimətin artırılmasında;
  • az və orta dərəcəli su hopma qabiliyyəti olan keramika, qranit, kərpic səthlərin üzərində;
  • yüksək rütubətə məruz qalan döşəmələrin üzərində;
  • əmələ gələn çirklərin asanlıqla təmizlənməsində istifadə olunur.

Üstünlükləri

  • quru qarışıq maddələrdən hazırlanmış daş kompozitlərində çirklənməyə və yosun bağlamağa qarşı müqaviməti artırır;
  • qarışıq maddələr tətbiq olunmazdan əvvəl üzlük materiallarda əmələ gələ biləcək çirklərin asan təmizlənməsini təmin edir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth MA Sem və ya MA Tem məhsulları və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla təmizlənməli, tamamilə quru olmalıdır.

Tətbiqi. PROMATEKTOR məhsulunu eyni istiqamətdə fırça və ya süngər ilə bütün tərəflərə bərabər miqdarda çəkin və qurumasını gözləyin. Xarici məkanlara 2 qat çəkin. Qatlar 24 saat fasilə ilə çəkilməlidir. Məhsulun tətbiq olunduğu səthlər 24 saatdan sonra istifadəyə verilə bilər. Şaquli səthlərdə püskürtmə yolu ilə tətbiq edin. Məhsulun tətbiq olunduğu səthlərin vəziyyətindən (ərpləşmə, yosun bağlama və s.) asılı olaraq bu işi ildə 2-3 dəfə təkrarlayın. 

Tövsiyələr. PROMATEKTOR istifadə olunan səthin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Görünüşü

şəffaf maye

İstifadə temperaturu

+5°C÷+30°C

Qablaşdırma

5 və 10 litrlik plastik bidonlarda

Sərfiyyat

10-15 litr səth qoruyucusu 100 m2 səthə çəkilir.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • PROMATEKTOR məhsulunun mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz