1.85 AZN
Səthi aktiv maddələri özündə əks etdirən, sement əsaslı qalıqları asanlıqla təmizləyən məhsuldur.
Səthi aktiv maddələri özündə əks etdirən, sement əsaslı qalıqları asanlıqla təmizləyən məhsuldur.
Bu təmizləyicidən:
Qarışdırılması. Plitələrin üzərində qalan qalıqların miqdarından asılı olaraq 1/5 və ya 1/10 nisbətində su ilə qarışdırıla bilər.
Tətbiqi. Yuxarıda qeyd olunan nisbətlərdə su ilə qarışdırılmış MA Sem ilə təmizləmə işi iki üsulla aparıla bilər:
Əl ilə təmizləmə: MA Sem məhsulunu fırça ilə təmizlənəcək sahənin təxminən 2 m2-lik hissəsinə yayın. 2-3 dəqiqə gözlədikdən sonra bez ilə sürtüb təmizləyin. Yerdə əmələ gələn çirkli suyu süngər ilə vedrəyə doldurun. Bez və süngəri təmiz su ilə yuyun. Bu qayda ilə bütün sahəni təmizləyin və təmizləmə işi başa çatdıqdan sonra çirklərin çıxmadığı yerlərdə daha az miqdarda su qarışdırmaqla hazırlanan MA Sem məhsulundan yenidən istifadə edin. Bütün sahəni çox miqdarda su ilə durulayıb silin və qurumasını gözləyin. Çətin və qalın ləkələrin təmizlənməsində MA Sem məhsulunu su qarışdırmadan daha uzun müddət səthdə saxlamaqla istifadə edin.
Quru və vakuum aparatı ilə təmizləmə: MA Sem məhsulunu təmizlənəcək sahənin təxminən 4 m2-lik hissəsinə fırça ilə yayın. 2-3 dəqiqə gözlədikdən sonra aşağı hissəsinə möhkəm yuyucu bez yerləşdirilmiş sürtmə aparatı ilə təmizləməyə başlayın. Yerdə əmələ gələn çirkli suyu isə vakuum aparatı ilə toplayın. Bu qayda ilə bütün sahəni təmizləyin və təmizləmə işi başa çatdıqdan sonra çirklərin çıxmadığı yerlərə daha az miqdarda su qarışdırmaqla hazırlanan MA Sem məhsulundan yenidən istifadə edin. Bütün sahəni çox miqdarda su ilə durulayıb, toplanmış suyu vakuum aparatı ilə yığın və qurumasını gözləyin.
Tövsiyə. MA Sem istifadə olunan səthin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən çox), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Görünüşü |
Şəffaf maye |
İstifadə temperaturu |
+5°C÷+30°C |
Qarışma nisbəti MA Sem/Su |
1/5 - 1/10 |
Qablaşdırma |
1; 4 və 10 litrlik plastik bidonlarda |
1 litr təmizləyici 100 m2 (1/5 nisbətində su ilə qatmaqla) səthi təmizləyə bilər.
Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin