5 AZN
Sement əsaslı, çatlamaya qarşı müqaviməti artıran, rəngin solmamasını və digər fiziki-mexaniki xüsusiyyətləri yaxşılaşdıran qatqılarla zəngin, Nano texnologiyalı aralıq doldurma qarışığıdır.
Sement əsaslı, çatlamaya qarşı müqaviməti artıran, rəngin solmamasını və digər fiziki-mexaniki xüsusiyyətləri yaxşılaşdıran qatqılarla zəngin, Nano texnologiyalı aralıq doldurma qarışığıdır. Sifarişlə istənilən rəngdə istehsal olunur. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.
Bu aralıq doldurna qarışığından:
Səthin hazırlanması. İstifadə olunan səthlərdə aralıqların sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması. 20 kq quru qarışığı 7,0-7,4 litr suyun üzərinə ehmalca boşaldıb, kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Qarışığı səthə yayıb, rezin mala ilə aralıqlara çarpaz hərəkətlərlə doldurun və artığını sıyırıb götürün. 20-30 dəqiqədən sonra nəm süngərlə səthi təmizləyin. Səth quruduqdan sonra quru bezlə təmizləyib parıldadın. Hazırlanan qarışığı 2 saat ərzində işlədin. İstifadə müddəti keçmiş qarışığı atın. Quru qarışığa əlavə ediləcək su nisbətinə diqqət edin, duru şəkildə istifadədən uzaq olun. Əgər duru şəkildə istifadə etsəniz, bu çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin korlanmasına səbəb ola bilər.
Tövsiyələr. FugaFil aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığına qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Suhopma qabiliyyəti yüksək olan keramikaların aralıqları istifadədən öncə su ilə doyuzdurulmalıdır. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
ağ və müxtəlif rənglərdə |
İstifadə temperaturu |
+50 C ÷ 300 C |
Su/ quru qarışıq nisbəti |
0,35-0,37 litr su/ 1 kq quru qarışıq |
Möhkəmlik həddi:
|
4 N/mm2 |
İstifadə müddəti |
2 saat |
Aralıq doldurma işinə başlama vaxtı:
|
|
Qablaşdırma |
1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə |
Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilir.
Üzlük plitələrin ölçüləri, sm |
Aralığın dərinliyi, 8 mm |
||||
Aralığın eni |
|||||
2 mm q/m2 |
3 mm q/m2 |
4 mm q/m2 |
5 mm q/m2 |
6 mm
|
|
10×10 |
500 |
750 |
1000 |
1250 |
1500 |
10×20 |
400 |
600 |
800 |
1000 |
1200 |
15×15 |
350 |
550 |
700 |
900 |
1150 |
15×20 |
300 |
450 |
600 |
750 |
900 |
20×20 |
250 |
450 |
600 |
750 |
900 |
20×25 |
250 |
350 |
500 |
650 |
800 |
20×30 |
225 |
350 |
450 |
575 |
675 |
30×30 |
185 |
275 |
350 |
450 |
550 |
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin