4.99 AZN
Sement əsaslı, yüksək nəticələr əldə etməyə imkan verən qatqılarla zəngin, Nano texnologiyalı, birkomponentli, boz rəngli qaz-beton və ya peno-beton yapışdırıcıdır.
Sement əsaslı, yüksək nəticələr əldə etməyə imkan verən qatqılarla zəngin, Nano texnologiyalı, birkomponentli, boz rəngli qaz-beton və ya peno-beton yapışdırıcıdır. AZS 039-2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Bu keramika yapışdırıcısı:
Səthin hazırlanması. Penobeton və qazbetondan hazırlanmış inşaat materiallarını səthə yapışdırmazdan əvvəl səthin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndilirməli və ya Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş bu tip məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq quru qarışığı 6,0 - 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Yapışdırıcını hörülən divarın həm səthinə, həm də hörgüdə istifadə olunan materialların yan tərəflərinə eyni qalınlıqda çəkin. Əgər alt hissədə əyrilik olarsa, onda ilk sıra adi sement-qum qarışığı ilə tarazlanana qədər düzəldilməlidir. Sonrakı sıraların düzəldilməsinə ehtiyac qalmır.
Hörgü zamanı üfuqi və şaquli aralıqların buraxılmasına və aralıqların maksimum 3 mm olmasına çalışın. Aralıqların tam dolmasına diqqət edin.
Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür.
Tövsiyələr. PENABET yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və 300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş PENABET qarışığına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
boz |
İstifadə temperaturu |
+50 C ÷ +300C |
Su /quru qarışıq |
2,6-2,8 litr su/10 kq quru qarışıq |
Qarışdırıldıqdan sonra gözləmə müddəti |
3-5 dəqiqə |
İstifadə müddəti |
3 saat |
Aralıq doldurma işinə başlama vaxtı:
|
|
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə |
AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq |
Test nəticələri |
|
Qabıq bağlama müddəti |
≥10 dəqiqə |
20-30 dəqiqə |
Sürüşmə |
<0,5 mm |
0 |
Qopma müqaviməti |
>0,5 N/mm2 |
>2 N/mm2 |
İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
PENABET ( kq ) |
1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2) |
Qarışdırılacaq suyun miqdarı (litrlə) 25 kq üçün |
Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2 )
|
||
6 mm |
8 mm |
10 mm |
|||
25 |
1,28 |
7 |
1,98 |
2,44 |
4,08 |
Qaz-betonun ölçülərindən asılı olaraq sərfiyyat
|
Eni (sm) |
Uzunluğu (sm) |
Hündürlüyü (sm) |
kq/m 2 |
20 |
50 |
20 |
5-8 |
|
20 |
70 |
20 |
5-7 |
|
30 |
50 |
15 |
3-5 |
|
30 |
70 |
15 |
3-4 |
|
30 |
50 |
20 |
4-6 |
|
30 |
70 |
20 |
4-6 |
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanılmalıdır.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin