13.57 AZN
Şaquli və üfüqi səthlərdə mozaika yapışdırıcısı. Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyalı, birkomponentli, ağ rəngli keramika yapışdırıcısıdır.
Şaquli və üfüqi səthlərdə mozaika yapışdırıcısı. Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyalı, birkomponentli, ağ rəngli keramika yapışdırıcısıdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Bu keramika yapışdırıcısı:
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth BİNMADER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini barmaqla həmin qarışığın üzərinə azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır.Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdən sonra icra edilməlidir.
Tövsiyələr. MA White istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopma qabiliyyəti yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. Üzmə hovuzlarına şüşə mozaika yapışdırılarkən ön tərəfində kağız olan şüşə mozaikalardan istifadə olunmalıdır. İstifadə müddəti keçmiş MA White qarışığına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50 C - +300 C |
Su/quru qarışıq |
2,4-2,6 litr su /10 kq quru qarışıq |
Qarışdırıldıqdan sonra gözləmə müddəti |
3-5 dəqiqə |
İstifadə müddəti |
3 saat |
Aralıq doldurma işinə başlama vaxtı:
|
|
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə |
AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq |
Test nəticələri |
|
Qabıq bağlama müddəti |
≥10 dəqiqə |
20-30 dəqiqə |
Sürüşmə |
<0,5 mm |
0 |
Yapışma müqaviməti |
>0,5 N/mm2 |
>2,5 N/mm2 |
Üzlük plıtələrin ölçüləri |
Daraqlı malanın dişlərinin ölçüləri, mm |
Yapışdırıcının yayılma qalınlığı, mm |
15 sm×15 sm-ə qədər |
6,0 |
2,0-3,0 |
30 sm × 30 sm-ə qədər |
8,0 |
3,0-4,0 |
30 sm× 30 sm-dən yuxarı |
10,0 |
4,0-5,0 |
Üzlük plitələrin ölçüləri |
Aralıqların eni, mm |
15 sm×15 sm-ə qədər |
3,0-4,0 |
30 sm×30 sm-ə qədər |
4,0-5,0 |
30 sm×30 sm-dan yuxarı |
5,0-8,0 |
İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
MA White keramika yapışdırıcısı (kq) |
1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2) |
Qarışdırılacaq suyun miqdarı (litrlə) 25 kq üçün |
Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2) |
||
6 mm |
8 mm |
10 mm |
|||
25 |
1,28 |
6 |
1,94 |
2,46 |
4,12 |
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin