14.09 AZN
Sement əsaslı, boz rəngli, kimyəvi qatqılarla zəngin yüksək keyfiyyətli və istifadə imkanları geniş, birkomponentli, ani temperatur dəyişilməsinə davamlı yapışdırıcıdır.
Sement əsaslı, boz rəngli, kimyəvi qatqılarla zəngin yüksək keyfiyyətli və istifadə imkanları geniş, birkomponentli, ani temperatur dəyişilməsinə davamlı yapışdırıcıdır. AZS 039 (TS-11140) standartına uyğundur.
Soyuq hava anbarları və buzxanalar kimi ani temperatur dəyişikliklərinin (donma-ərimə) olduğu yerlərdə, sobaların fasadında, aşağıdan isidilən sistemlərdə, terraslarda və bağçaların tərtibatında, beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə, döşəmə və divar keramikaları, qranit, oda davamlı kərpic, dekorativ kərpic kimi üzlük materiallarının yapışdırılmasında, keramikanın üstündən keramika yapışdırılmasında istifadə olunur.
Qarışığın hazırlanması. 25 kq-lıq quru qarışığı 6,0 - 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Temperatur dəyişikliklərinin yüksək olduğu yerlərdə iri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə edin. Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini həmin qarışığın üzərinə barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
Hazırlanan qarışığı 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. MA Flex istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Üzlük plitələrin ölçüləri |
Daraqlı malanın dişlərinin ölçüləri, mm |
Yapışdırıcının yayılma qalınlığı, mm |
15 sm×15 sm-ə qədər |
6,0 |
2,0-3,0 |
30 sm × 30 sm-ə qədər |
8,0 |
3,0-4,0 |
30 sm× 30 sm-dən yuxarı |
10,0 |
4,0-5,0 |
Üzlük plitələrin ölçüləri |
Aralıqların eni, mm |
15 sm×15 sm-ə qədər |
3,0-4,0 |
30 sm×30 sm-ə qədər |
4,0-5,0 |
30 sm×30 sm-dən yuxarı |
5,0-8,0 |
Rəngi |
boz |
İstifadə temperaturu |
+50 C ÷ +300 C |
Su /quru qarışıq |
2,4 – 2,6 litr su/10 kq quru qarışıq |
Qarışdırıldıqdan sonra gözləmə müddəti |
3-5 dəqiqə |
İstifadə müddəti |
3 saat |
Aralıq doldurma işinə başlama vaxtı:
|
|
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə |
AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq |
Test nəticələri |
|
Qabıq bağlama müddəti |
≥10 dəqiqə |
20-35 dəqiqə |
Sürüşmə |
<0,5 mm |
0 |
Qopma müqaviməti |
>0,5 N/mm2 |
>2,8 N/mm2 |
İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la).
MA Flex (kq) |
1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2) |
Qarışdırılacaq suyun miqdarı (litrlə) 25 kq üçün |
Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)
|
||
|
|
|
6 mm |
8 mm |
10 mm |
25 |
1,38 |
6,5 |
1,93 |
2,44 |
4,06 |
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin