24.23 AZN
Sement akrilik əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, xüsusi polimer əlavəli, yüksək nəticələr əldə etməyə imkan verən, şaxtayadavamlı, maksimum yüksəkliyə yapışdıran ikikomponentli, Nano texnologiyalı, boz rəngli fasad yapışdırıcısıdır.
Sement akrilik əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, xüsusi polimer əlavəli, yüksək nəticələr əldə etməyə imkan verən, şaxtayadavamlı, maksimum yüksəkliyə yapışdıran ikikomponentli, Nano texnologiyalı, boz rəngli fasad yapışdırıcısıdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur. 75 m-ə kimi.
Bu keramika yapışdırıcısı:
Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş (bu üsulda yapışdırıcı həm səthə çəkilir, sonra daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) yapışdırma üsulundan istifadə edin.
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndilirməli və ya Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş bu tip məhsulla astarlanmalıdır.
Səthin üzərinə çəkilmiş qarışığa plitəni yapışdırma müddəti həmin qarışığın üzərinə barmaqla azca toxunmaqla (basmaqla) müəyyən edilir. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu siyirib atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
Böyük ölçülü üzlük materiallarla işlədiyiniz zaman, yapışdırma işini üfüqi istiqamətdə icra edin və başa çatan sıra ilk müqavimət gücünə çatmamış sonrakı üst sıraya keçməyin. Üfüqi və şaquli istiqamətlərdə hər 3,5 m-dən bir genişlənmə aralığı buraxın.
Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. İstifadə edildiyi mühitin temperaturu FASKER 200 üçün +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən çox), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş FASKER 200 qarışığına qətiyyən maye və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. FASKER 200 sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.
Rəngi: I komponent |
boz rəngli |
İstifadə temperaturu |
+50C -+300C |
Su/quru qarışıq |
2,8 l maye / 10 kq quru qarışıq7 l maye / 25 kq quru qarışıq |
Qarışdırıldıqdan sonra gözləmə müddəti |
3-5 dəqiqə |
İstifadə müddəti |
3 saat |
Aralıq doldurma işinə başlama vaxtı:
|
|
Qablaşdırma:
|
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə |
AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq |
Test nəticələri |
|
Qabıq bağlama müddəti |
≥10 dəqiqə |
20-35 dəqiqə |
Sürüşmə |
<0,5 mm |
0 |
Yapışma müqaviməti |
>0,5 N/mm2 |
>2,8 N/mm2 |
Üzlük plıtələrin ölçüləri |
Daraqlı malanın dişlərinin ölçüləri, mm |
Yapışdırıcının yayılma qalınlığı, mm |
15 sm×15 sm-ə qədər |
6,0 |
2,0-3,0 |
30 sm × 30 sm-ə qədər |
8,0 |
3,0-4,0 |
30 sm× 30 sm-dən yuxarı |
10,0 |
4,0-5,0 |
Üzlük plitələrin ölçüləri |
Aralıqların eni, mm |
15 sm×15 sm-ə qədər |
3,0-4,0 |
30 sm×30 sm-ə qədər |
4,0-5,0 |
30 sm×30 sm-dan yuxarı |
5,0-8,0 |
İstifadə zamanı “Mətanət A” keramika yapışdırıcısının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la).
Fasker keramika yapışdırıcısı (kq) |
1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2) |
Qarışdırılacaq suyun miqdarı (litrlə) 25 kq üçün |
Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2) |
||
|
|
|
6 mm |
8 mm |
10 mm |
25 |
1,37 |
7 |
3,63 |
5,2 |
6,38 |
Toz tərkibli komponent açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla, maye tərkibli komponent isə plastik qablarda üst-üstə 3 cərgə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin