5 AZN
Sement əsaslı, mürəkkəb tərkibə malik, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyalı, birkomponentli, boz rəngli yapışdırıcıdır.
Sement əsaslı, mürəkkəb tərkibə malik, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyalı, birkomponentli, boz rəngli yapışdırıcıdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Bu keramika yapışdırıcısı:
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndilirməli və ya Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş bu tip məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq quru qarışığı 6,0 - 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddəti həmin qarışığın üzərinə barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edilir. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əgər səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. EKOMAT yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa su və ya yeni quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Üzlük plitələrin ölçüləri |
Daraqlı malanın dişlərinin ölçüləri, mm |
Yapışdırıcının yayılma qalınlığı, mm |
5 sm×5 sm-ə qədər |
4,0 |
1,5-2,0 |
15 sm×15 sm-ə qədər |
6,0 |
2,0-3,0 |
30 sm × 30 sm-ə qədər |
8,0 |
3,0-4,0 |
Üzlük plitələrin ölçüləri |
Aralıqların eni, mm |
5 sm×5 sm-ə qədər |
1,5-2,0 |
15 sm×15 sm-ə qədər |
3,0-4,0 |
30 sm×30 sm-ə qədər |
4,0-5,0 |
AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq |
Test nəticələri |
|
Qabıq bağlama müddəti |
≥10 dəqiqə |
15-25 dəqiqə |
Sürüşmə |
<0,5 mm |
0 mm |
Qopma müqaviməti |
>0,5 N/mm2 |
>2,2 N/mm2 |
Rəngi |
boz |
İstifadə temperaturu |
+50 C ÷ +370 C |
Su / quru qarışıq |
2,4-2,6 litr su /10 kq quru qarışıq |
Qarışdırıldıqdan sonra gözləmə müddəti |
3-5 dəqiqə |
İstifadə müddəti |
3 saat |
Aralıq doldurma işinə başlama vaxtı:
|
|
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə |
İstifadə zamanı EKOMAT yapışdırıcısının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la).
EKOMAT (kq) |
1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2) |
Qarışdırılacaq suyun miqdarı (litrlə) 25 kq üçün |
Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)
|
||
4 mm |
6 mm |
8 mm |
|||
25 |
1,28 |
6 |
1,7 |
3,7 |
5,6 |
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin