5 AZN
Filkret 400 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, yüksək stabilliyə malik səthlərin təmiri və bərpası üçün qarışıqdır. “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Filkret 400 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, yüksək stabilliyə malik səthlərin təmiri və bərpası üçün qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Bu təmir qarışığından:
Səthin hazırlanması. Tikililərin təmir ediləcək sement əsaslı səthləri möhkəm, tozsuz və təmiz olmalı, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından dəmir və taxta parçalarından tamamilə təmizlənməli və 4 sm-lik dərinliyə qədər olan boşluqlar MATON 200 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş bu tipli digər məhsul ilə doldurulmalıdır. Qarışığın tətbiq ediləcəyi səthin su ilə doyması təmin edilməli, lakin səthdə sərbəst su qalmamalıdır.
Qarışığın hazırlanması. Ölçü cihazı vasitəsi ilə müvafiq miqdarda suyu təmiz vannaya boşaldın və üzərinə yavaş-yavaş Filkret 400 əlavə edin. Dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı cihazla homogen bir qarışıq əldə edilənə qədər 4 dəqiqə qarışdırın. Təqribən 4 dəqiqə gözlədikdən sonra yenidən 30 saniyə qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.
Filkret 400 |
1 kq-lıq toz üçün |
20 kq-lıq kisə üçün |
Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı |
0,22 litr |
4,4 litr |
İstifadəyə hazır məhlulun sıxlığı |
1,68 kq/litr |
Tətbiqi. Hazırlanan qarışığı 1-30 mm qalınlıqda olmaqla mala vasitəsilə səthə çəkin. Qarışıq suyu çəkənə qədər gözləyin, səthə çəkilən qarışığın üzərinə suvaq fırçası ilə su səpin. Sonra isə polad və ya taxta malanın köməyi ilə səthi istənilən şəkildə düzəldin. Filkret 400 məhsulu açıq havada, açıq geniş səthlərdə, xüsusi ilə isti, quru və küləkli mühitdə tətbiq edildikdə 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhlulu ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.
Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş Filkret 400 məhsulu +200C temperaturda 30 dəqiqə ərzində istifadə olunmalıdır. Bu müddət +320C temperatur üçün 20 dəqiqədir. Xarici səthdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı sistemlərin işləmə və reaksiya surəti ətraf mühitin, istiliyin və həmçinin havadakı rütubətin təsirinə məruz qala bilər. Aşağı temperaturda hidratasiya ləngiyir və nəticədə məhsulun istifadə müddəti artır. Yüksək hərarət isə hidrotasiyanı sürətləndirir, nəticədə yuxarıda qeyd olunan müddət bununla əlaqədar azalır. Qarışığın tam bərkiməsi üçün ətraf mühitin temperaturu nəzərdə tutulan minumum həddən az olmamalıdır. Qarışıq tətbiq edildikdən sonra istifadə olunan bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir. Filkret 400 bərkidikdən sonra yalnız mexaniki vasitələrlə səthdən təmizlənə bilər.
Rəng |
boz |
İstifadə temperaturu |
+5ºC ÷+32ºC |
İstifadə müddəti: |
30 dəqiqə |
Əyilmədə möhkəmlik həddi:
|
>3 N/mm2 |
Sıxılmada möhkəmlilik həddi:
|
>15 N/mm2 |
Qopma müqaviməti:
|
>1,0 N/mm2 |
Tətbiq ediləcək qalınlıq:
|
1 mm |
Tam bərkimə müddəti |
28 gündən sonra |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 20 kq-lıq kisələrdə |
1 mm qalınlıq üçün 1,38 kq/m2 quru qarışıq sərf olunur.
Açılmamış və orijinal kisələrdə, sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitlərində bir həftə ərzində istifadə edilməlidir.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin