24.8 AZN
MATON 500 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, parçalanmayan, axıcı, tez müddət ərzində bərkimə xüsusiyyətlərinə malik təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır.
MATON 500 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, parçalanmayan, axıcı, tez müddət ərzində bərkimə xüsusiyyətlərinə malik təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Bu təmir qarışığından:
Səthin hazırlanması. Sement əsaslı səthlərin möhkəm, tozsuz və təmiz olması zəruridir. Səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən tamamilə təmizlənməlidir. Qırılaraq düzəldilən səthin kənarları dik şəkildə kəsilməli, avadanlığın pası təmizlənməli, lazım olarsa, yeni avadanlıq əlavə edilməlidir. Səthdə su axıntısı varsa, qurudulmalı və ya İzoKontakt 1 məhsulu və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə bağlanmalıdır. Qarışıq tətbiq ediləcək səthin su ilə doyması təmin edilməli, lakin səthdə sərbəst su qalmamalıdır.
Qarışığın hazırlanması. Lazım olan su miqdarını xüsusi ölçü qabları vasitəsi ilə qarışdırma qabına boşaldın. MATON 500 məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzində qarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.
MATON 500 |
1kq-lıq toz üçün |
25 kq-lıq kisə üçün |
Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı |
0,12-0,13 litr |
3,0-3,4 litr |
İstifadəyə hazır məhlulun sıxlığı |
2,32 kq/litr |
Tətbiqi. Hazırlanmış qarışığı bir qatla qalınlığı 10 mm-lə 50 mm arasında olmaqla səthə tökün. Qəlibləri 15 dəqiqədən sonra açın. 50 mm-dən qalın səthlərə tətbiq edildıyi halda MOTON 500-ə ağırlığının 1∕2 nisbətində (1 kq dolğu∕2 kq toz) xırda fraksiyalı dolğu (5-10 mm) qarışdırın.
Tövsiyələr. MATON 500 təmir qarışığı +200C temperaturda 7 dəqiqə ərzində istifadə olunmalıdır. Sement əsaslı sistemlərin işləmə və reaksiya sürəti ətraf mühitin və torpağın istiliyinə, həmçinin havadakı rütubətin təsirinə məruz qala bilər. Aşağı temperaturda hidrotasiya ləngiyir, nəticədə platformanın ömrünü və işləmə müddətini artırır. Qarışığın tam bərkiməsi üçün ətraf mühitin və torpağın istiliyi icazə verilən minumum həddən az olmamalıdır. Xırda fraksiyalı dolğu ilə istifadə edildiyi təqdirdə vasitələr quru şəkildə qarışdırılmalı və içərisində quru qarışığın 10%-i qədər su olan vannaya əlavə edilməlidir. MOTON 500-dən torpaq qatının örtülməsi üçün istifadə edilməlidir. Qarışıq istifadə edildikdən sonra bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir.
Rəngi |
boz |
İstifadə temperaturu |
+5÷+320 C |
Sıxılmada möhkəmlilik həddi:
|
>20 N/mm2 |
Yayılma |
>25sm (öz-özünə) |
İlkin tutma müddəti
|
20 dəqiqədən sonra |
Tam bərkimə |
28 gündən conra |
Tətbiq ediləcək qalınlıq:
|
10 mm |
İstifadə müddəti
|
7dəqiqə |
İstifadəyə verilmə müddəti
|
1 saatdan sonra |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
1 mm-lik qalınlıq üçün 2 kq/m2 quru qarışıq istifadə olunur.
Açılmamış və orjinal qablarda, sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin