11.5 AZN
MATON 200 sement əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, tiksotropik struktur təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır.
MATON 200 sement əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, tiksotropik struktur təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Bu təmir qarışığından:
Səthin hazırlanması. MATON 200 məhsulunun tətbiq olunacağı səthlər təmiz, sağlam və tozsuz olmalı, səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən diqqətlə təmizlənməlidir. Kənarları girintili-çıxıntılı olan sahələr mümkün qədər düzləşdirilməlidir. Armatur hissələrdə olan paslar təmizlənməlidir, zəruri hallarda yeni armaturlarla əvəz olunmalıdır, səthdə su axıntısı varsa, qurudulmalı və ya İzoKontakt 1 məhsulu və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə axıntının qarşısı alınmalıdır. Məhsulun tətbiq olunacağı səth su ilə doyuzdurulmalı, lakin səthin üzərində su qalmamalıdır.
Qarışığın hazırlanmasıı. Lazım olan su miqdarını xüsusi ölçü qabları vasitəsi ilə qarışdırma qabına boşaldın. MATON 200 məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzində qarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə ğətirin.
MATON 200 |
1kq-lıq məhsul üzrə |
25 kq-lıq kisə üzrə |
Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı |
0,16 litr |
4,0 litr |
İstifadəyə hazır məhlulun sıxlığı |
2,23 kq/litr |
Tətbiqi. Hazırlanmış materialı mala və ya püskürtmə yolu ilə qalınlığı 10-40 mm olmaqla tətbiq edin. Daha qalın təbəqə əldə olunması üçün birinci təbəqənin qurumasını gözləyin və bundan sonra eyni şəkildə ikinci qatı tətbiq edin. Daha hamar səthin əldə olunması üçün material tərəfindən suyun çəkilməsi gözlənilməlidir, bundan sonra firça vasitəsilə səthə əlavə su səpərək taxta maladan istifadə etməklə səthi hamarlayın. Məhsul açıq sahələrdə, xüsusilə isti, quru və ya küləkli mühitdə istifadə olunarsa, 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhsulları ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.
Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş MATON 200 təmir qarışığı +200C temperaturda 30 dəqiqə ərzində istifadə olunmalıdır. Açıq şəraitdə iş aparılan zaman 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı maddələrin istifadə və reaksiya müddətləri mühitin rütubətliliyindən və temperaturdan asılıdır. Aşağı temperatur zamanı hidratasiya müddəti ləngiyir və bu da quruma və fəaliyyət müddətini uzadır. Məhsulun bərkiməsi üçün mühit və səth temperaturu qeyd olunan minumum temperaturdan aşağı düşməməlidir. pH göstəricisi 5,5-dən aşağı olan məhlullardan istifadə olunmamalıdır. Geniş səthlərdə sonuncu beton qat şəklində istifadə olunmalıdır. Məhsul tətbiq olunduqdan sonra vibrator istifadə olunmamalıdır. İstifadə olunduqdan sonra alət su ilə təmizlənməlidir.
Rəngi |
boz |
İstifadə temperaturu |
+50ºC+32Cº |
Əyilmədə möhkəmlilik həddi:
|
>7,0 N/mm2 |
Sıxılmada möhkəmlilik həddi:
|
>20 N/mm2 |
Qopma müqaviməti:
|
>2,0 N/mm2 |
Elastiklik modulu:
|
>20, 0 N/mm2 |
Tətbiq ediləcək qalınlıq:
|
10 mm |
İstifadə müddəti:
|
30 dəqiqə |
İstifadəyə verilmə müddəti:
|
24 saatdan sonra |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
1 mm-lik qalınlıq üçün 1,94 kq/m2 məhsul sərf olunur.
Açılmamiş və orijinal qablarda sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir. Çatların dərinliyi 4 sm-dən çox olduqda.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin