11.5 AZN
Sement əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, axıcı, hidrolizə uğramayan, struktur təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır.
Sement əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, axıcı, hidrolizə uğramayan, struktur təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Bu təmir qarışığından:
Səthin hazırlanması. MATON 100 məhsulunun tətbiq olunacağı səthlər təmiz, sağlam, tozsuz olmalı, səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən tamamilə təmizlənməlidir. Kənarları girintili–çıxıntılı olan sahələr mümkün qədər düzəldilməlidir. Armatur hissələrində olan paslar təmizlənməlidir, zəruri hallarda yeni armaturlarla əvəz olunmalıdır. Səthdə su axıntısı varsa, qurudulmalı və ya tıxac vasitəsilə axıntının qarşısı alınmalıdır. Materialın tətbiq olunacağı səth su ilə doyuzdurulmalı, lakin səthin üzərində su qalmamalıdır. ƏgərMATON 100 məhsulunun qalınlığı 40 mm-dən çox olarsa, nəzarət altında genişləndirmənin həyata keçirilməsi məqsədilə əlavə armaturlardan istifadə olunmalıdır.
Qarışığın hazırlanması. Lazımi miqdarda suyu xüsusi ölçü qabları vasitəsi ilə qarışdırma qabına boşaldın. MATON 100 məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzində qarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə ğətirin.
MATON 100 |
1kq məhsul üzrə |
25 kq-lıq kisə üzrə |
Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı |
0,16 litr |
4,0 litr |
İstifadəyə hazır məhlulun sıxlığı |
2,25kq/litr |
Tətbiqi. Hazırlanmış məhsulu qəlibin yalnız bir tərəfindən fasilə vermədən tək xətlə qalınlığı 10-40 mm olmaqla tökün. Qəlibin daxilində havanın qalmaması üçün iki tərəfli tökmə işləri aparmayın. Qəlibin daxilində boş sahələrin qalmaması üçün ucu çəngəl şəkilli alətdən istifadə edin. Bu zaman vibrator istifadə olunmamalıdır. Qəliblər 18-24 saatdan tez açıla bilməz. Məhsul açıq sahələrdə, xüsusilə isti, quru və ya küləkli mühitdə istifadə olunarsa, 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhsulları ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.
Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş MATON 100 materialı +200C temperaturda 30 dəqiqə ərzində istifadə olunmalıdır. Xarici səthlərdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı maddələrin istifadə və reaksiya müddətləri mühitin rütubətliliyindən və temperaturdan asılıdır. Aşağı temperatur zamanı hidratasiya müddəti ləngiyir və bu da quruma və fəaliyyət müddətini uzadır. Yüksək temperatur hidratasiya müddətinı qısaldır və nəticədə quruma və fəaliyyət müddəti qısalır. Materialın bərkiməsi üçün mühit və səth temperaturu qeyd olunan minumum temperaturdan aşağı düşməməlidir. pH göstəricisi 5,5 dən aşağı olan məhlullarla təmas zamanı istifadə olunmamalıdır. Geniş səthlərdə sonuncu beton qat şəklində istifadə olunmalıdır. Material tətbiq olunduqdan sonra vibrator istifadə olunmamalıdır. İstifadədən sonra alətlər su ilə təmizlənməlidir.
Rəngi |
boz |
İstifadə temperaturu |
+50 C ÷+320 C |
Əyilmədə möhkəmlilik həddi
|
>8,0 N/mm2 |
Sıxılmada möhkəmlilik həddi:
|
>20 N/mm2 |
Qopma müqaviməti
|
>2,0 N/mm2 |
Elastiklik modulu
|
>20,0 N/mm2 |
Tətbiq ediləcək qalınlıq:
|
10 mm |
İstifadə müddəti (+20 0C) |
30 dəqiqə |
İstifadəyə verilmə müddəti
|
24 saatdan sonra |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
10 mm-lik qalınlıq üçün 19,40 kq/m2 məhsul sərf olunur.
Açılmamış və orijinal qablarda, sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələr müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin