5 AZN
Filkret 500 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, yüksək stabilliyə malik quru betonun təmiri üçün qarışıqdır. “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Filkret 500 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, yüksək stabilliyə malik quru betonun təmiri üçün qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Bu təmir qarışığından:
Səthin hazırlanması. Təmir ediləcək sement əsaslı səthlər möhkəm, tozsuz və təmiz olmalı, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından, dəmir və taxta parçalarından tamamilə təmizlənməli və 4 sm-lik dərinliyə qədər olan boşluqlar MATON 200 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş bu tipli digər məhsul ilə doldurulmalıdır. Qarışığın tətbiq ediləcəyi səthin su ilə doyması təmin edilməli, lakin səthdə sərbəst su qalmamalıdır.
Qarışığın hazırlanması. Ölçü cihazı vasitəsi ilə müvafiq miqdarda suyu təmiz vannaya boşaldın və üzərinə yavaş-yavaş Filkret 500 əlavə edin. Dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı cihazla homogen bir qarışıq əldə edilənə qədər 4 dəqiqə qarışdırın. Təqribən 4 dəqiqə gözlədikdən sonra yenidən 30 saniyə qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.
Filkret 500 |
1 kq-lıq toz üçün |
25 kq-lıq kisə üçün |
Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı |
0,22 litr |
5, 5 litr |
İstifadəyə hazır məhlulun sıxlığı |
1, 8 kq/litr |
Tətbiqi. Hazırlanan qarışıq 1-5 mm qalınlıqda olmaqla mala vasitəsilə səthə çəkin. Qarışıq suyu çəkənə qədər gözləyin, səthə çəkilən qarışığın üzərinə suvaq fırçası ilə su səpin. Sonra isə polad və ya taxta malanın köməyi ilə səthi istənilən şəkildə düzəldin. Filkret 400 məhsulu açıq havada, açıq geniş səthlərdə, xüsusi ilə isti, quru və küləkli mühitdə tətbiq edildikdə 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhlulu ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.
Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş Filkret 500 materialı +200C temperaturda 30 dəqiqə ərzində tətbiq olunmalıdır. Bu müddət +320C temperatur üçün 20 dəqiqədir. Xarici səthdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı sistemlərin işləmə və reaksiya surəti ətraf mühitin və istiliyin, həmçinin havadakı rütubətin təsirinə məruz qala bilər. Aşağı temperaturda hidrotasiya ləngiyir və nəticədə məhsulun istifadə müddəti artır. Yüksək hərarət isə hidrotasiyanı sürətləndirir, nəticədə bununla əlaqədar yuxarıda qeyd olunan müddət azalır. Qarışığın tam bərkiməsi üçün ətraf mühitin temperaturu nəzərdə tutulan minumum həddən az olmamalıdır. Qarışıq tətbiq edildikdən sonra istifadə olunan bütün alət və avadanlıqlar su ilə təmizlənməlidirlər.
Rəngi |
boz |
İstifadə temperaturu |
+5ºC ÷+32ºC |
İstifadə müddəti
|
30 dəqiqə |
Möhkəmlik həddi:
|
>3 N/mm2 |
Qopma müqaviməti
|
>1,0 N/mm2 |
Tətbiq ediləcək qalınlıq:
|
5 mm |
Tam bərkimə müddəti |
28 gündən sonra |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə |
1 mm qalınlıq üçün 1 ,48 kq/m2 qarışıq sərf olunur.
Açılmamış və orijinal kisələrdə, sərin və quru yerdə, donmadan qorunmaqla 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir–birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdə müvafiq saxlanma şəraitlərində bir həftə ərzində istifadə edilməlidir.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin