9.5 AZN
Sement əsaslı, qatqılarla zəngin, materialın sukeçirməzliyini təmin edən, birkomponentli səth təmir qarışığıdır. “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Sement əsaslı, qatqılarla zəngin, materialın sukeçirməzliyini təmin edən, birkomponentli səth təmir qarışığıdır. AZS 039-2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Bu təmir qarışığından:
Səthin hazırlanması. Səthi yapışmağa mane olan qalıqlardan təmizləyin. Səthin yoxlanılmış və möhkəm olmasına diqqət edin. İstifadə etməmişdən əvvəl səthi nəmləndirin və ya daha yaxşı nəticə əldə etmək üçün Binmader astarla və ya standartlara uyğun istehsal olunmuş digər bu tip məhsulla astarlayın.
Qarışığın hazırlanması. 25 kq-lıq Filkret 100 quru qarışığını 5,5-6,0 litr suyun üzərinə boşaldıb kürəciklər və hava qabarcıqları yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın tərkibindəki maddələrin tam qarışması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Filkret 100 |
1 kq-lıq məhsul üçün |
25 kq-lıq kisə üçün |
Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı |
0,22 litr |
5, 5 litr |
İstifadəyə hazır məhlulun sıxlığı |
1,75 kq/litr |
Tətbiqi. Səthdəki qopuq və qırılmış yerləri, çatları mala ilə tam şəkildə doldurun. 1-5 mm arası qalınlıqda istifadə oluna bilər. Hazırlanan qarışığı 90-120 dəqiqə ərzində işlədin.
Tövsiyələr. Filkret 100 təmir qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa su və ya yeni quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir. Sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.
Rəngi |
boz |
İstifadə temperatutu |
+50 C ÷+ 300 C |
İstifadə müddəti |
90-120 dəqiqə |
Möhkəmlik həddi:
|
3 N/mm² |
Qopma müqaviməti |
1 N/mm² |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə |
1 mm qalınlıq üçün 1,5-2,0 kq/ m2 qarışıq sərf olunur.
Açılmamış və orjinal kisələrdə sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitində bir həftə ərzində istifadə edilməlidir.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin