29.5 AZN
Sement əsaslı, materialın sukeçirməzliyini təmin edən, kimyəvi qatqıları özündə əks etdirən birkomponentli hidroizolyasiyası qarışığıdır.
Sement əsaslı, materialın sukeçirməzliyini təmin edən, kimyəvi qatqıları özündə əks etdirən birkomponentli hidroizolyasiyası qarışığıdır. TŞ AZS 31 43498-05-2005 texniki şərtin tələblərinə uyğundur. Texniki su məkanları üçün.
Bu hidroizolyasiya qarışığından:
Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməlidir. İstifadə olunacaq səthlərdə nöqsan olarsa, MATON 100 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə düzəldilməlidir. İstifadə etməmişdən əvvəl səth BİNMADER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq toz şəklindəki qarışıq maddəsini 9,5-10,0 litr suyun üzərinə (fırça üsulunda) ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Hazırlanan qarışıq səthə fırça və ya mala ilə eyni səviyyədə çəkin. Maddənin tətbiq olunacağı yerdəki künclərin birləşdiyi hissələri ovallaşdırın və qarışığı tor vasitəsi ilə bərkidilir. Fırça ilə 2 qat çəkildikdə, qatların arasındakı vaxt temperaturdan asılı olaraq 5-6 saat ola bilər. Cəmi 2-3 mm qalınlığında çəkilməsi kifayətdir. Mala ilə bir qat çəkildikdə bu qalınlıq əldə edilə bilər. Qarışığın tətbiq olunduğu səth 48 saat müddətində günəş şüasından, yağıntılardan və tozdan qorunmalıdır. Nazik təbəqə şəklində tətbiq olunan maddə olduğu üçün piyada və maşınların hərəkətinə məruz qalan səthlərə çəkildikdən sonra beton döşəmə suvağı, keramika kimi qoruyucu üzlük materiallarla örtülməlidir.
Tövsiyələr. Hazırlanan qarışıq 1 saat ərzində işlədilməli, istifadə müddəti keçmiş qarışıq atılmalıdır. Qarışığın istifadə olunduğu yerləri istifadəyə verməzdən və ya üzlüklə örtməzdən əvvəl ən azı 1 həftə gözləmək lazımdır.
Rəngi |
boz |
İstifadə temperaturu |
+50C - +320C |
Su/toz nisbəti
|
7,0-7,5 litr su/25 kq toz (mala üsulu) 9,5 -10 litr su /25 kq toz (fırça üsulu) |
İstifadə müddəti |
1 saat |
İstifadəyə verilmə müddəti |
1 həftədən sonra |
Qopma müqaviməti |
1,5 N/mm2 |
Qarışıq sərfi |
2 kq/m2 (1 mm qalınlıq üçün) |
İstifadə qalınlığı |
zirzəmi, dam, terras -2 mm , su anbarı-3 mm |
Qablaşdırma
|
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə |
İzoLex hidroizolyasiya qarışığı zirzəmi, dam və terraslarda 2 mm qalınlığında, su anbarlarında isə 3 mm qalınlığında çəkilir.
Birinci qatın sərfiyyatı: 1,0 kq/m2
İkinci qatın sərfiyyatı: 1,0 kq/m2
Açılmamış qablarda, quru şəraitdə, taxta altlıqlar üzərində 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin