15 AZN
Sement əsaslı, polimer birləşməli, turşuların və duzların təsirinə davamlı, birkomponentli, kimyəvi maddələrə və mexaniki təsirlərə davamlı, beton və sement suvağı çəkilmiş səthlər üzərinə daxildən və xaricdən vurulan hidroizolyasiya məhsuludur.
Sement əsaslı, polimer birləşməli, turşuların və duzların təsirinə davamlı, birkomponentli, kimyəvi maddələrə və mexaniki təsirlərə davamlı, beton və sement suvağı çəkilmiş səthlər üzərinə daxildən və xaricdən vurulan hidroizolyasiya məhsuludur. BS 6920 standartına uyğundur.
Bu hidroizolyasiya qarışığından:
Səthin hazırlanması. İzoAntiasid-in tətbiq olunduğu səthlərin sağlam, davamlı, tozsuz, təmiz və eyni zamanda dayanıqlı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthin üzərində dəmir və taxta qırıntılar çıxarılmalı, səth su vasitəsilə isladılmalı və sonra səthin qurumasını gözləmək lazımdır. Su ilə isladılma zamanı örtük materiallar suyu sürətlə hopdurarsa və solğun rəng alınarsa, bu o deməkdir ki, səth lazımi qədər isladılmamışdır və ya sürətlə qurumağa meyllidir. Hava isti və ya küləkli olduqda yalnız birinci qatda materiala qarışdırılan suyun miqdarı 10 % artırıla bilər.
Qarışığın hazırlanması. Lazım olan su miqdarını xüsusi ölçü qabları vasitəsilə qarışdırma qabına boşaldın. 25 kq-lıq quru İzopolfat qarışığını 4,5-5,75 l suyun üzərinə yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 3-5 dəqiqə ərzində qarışdırın. Təqribən 3-5 dəqiqə saxladıqdan sonra təkrarən 30 saniyə qarışdırıb, materialı istifadəyə hazır vəziyyətə gətirin.
İzoAntiasid, 25 kq |
Fırca ilə |
Mala ilə |
Qarışdırılan suyun miqdarı
|
5,75 litr |
4,5 litr
|
İstifadəyə hazır məhlulun sıxlığı |
2,00 kq/litr |
3,06 kq/litr |
Tətbiqi. Hazırlanmış İzoAntiasid məhsulu fırca vasitəsilə iki və üç qat tətbiq olunur. Hər qatdakı fırcanın gediş istiqaməti bir-birinə əks olmalıdır. Qatlar arası gözləmə müddəti mühitin şəraitindən asılı olaraq dəyişir.
Tövsiyələr. +230C-də istifadə olunan İzoAntiasid 2 gündən sonra mexaniki dözümlülük əldə edir, 3 gündən sonra su keçirmir və son həddə 14 gündən sonra çatır. Xarici səthdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və donvurmadan qorunmalıdır. Tətbiq olunan zaman bir qatın qalınlığı 2 mm-i keçməməlidir. Tətbiq işləri ən azı 2 qatda aparılmalıdır. Hazırlanmış məhsul 30 dəqiqə ərzində işlədilməlidir. İstifadə olunduqdan sonra alətlər su ilə təmizlənməlidir. İzopolfat bərkidikdən sonra yalnız mexaniki vasitələrlə səthdən təmizlənə bilər.
Rəngi |
boz |
Su /quru qarışıq |
4,5-5,75 l /25 kq |
İstifadə temperaturu |
+50 C ÷ +320C |
Qopma müqaviməti |
≥1,00 N/mm2 |
Qarışdırıldıqdan sonra gözləmə müddəti |
3-5 dəqiqə |
İstifadə müddəti |
30 dəqiqə |
Mexaniki dözümlülük |
2 gündən sonra |
Sukeçirməzlik |
3 gün |
Su təzyiqinə dözümlülük |
≥0,50 bar |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə |
İzoAntiasid |
Minumum qalınlıq, mm |
Minumum tətbiq miqdarı (quru qarışıq), kq/m2 |
Nəm səthdə |
2,00 |
3,25 |
Suyun təzyiqi aşağı olan kanalizasiya sistemlərində |
2,50 |
4,06 |
15 metrdən dərin olmayan su anbarlarında |
3,50 |
5,69 |
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin