2.88 AZN
Mineral yağ əsaslı olub, hamar səthli betonun əldə olunması məqsədilə qəliblərə çəkilən, taxta və polad qəliblərin asanlıqla sökülməsini təmin edən, eyni zamanda betonun bərkiməsi zamanı ayrılan istiliyə davamlı, su ilə qarışa bilən qəlibayrıcı məhsuldur.
Bu nıəhsuldan:
-müxtəlif təyinatlı taxta, faner, polad və şüşə qəlib sistemlərdən ibarət olan qəliblərin yağlanmasında istifadə olunur.
Səthin hazırlanması. İstifadə olunan səth təmiz və quru olmalıdır. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir.
Tətbiqi. MA OİL 200 məhsulunu 1/7-1/12 nisbətində su ilə yaxşıca qarışdıraraq, qəliblərə püskürtmə yolu ilə və ya vərdənə ilə çəkin. Qəlibayrıcıdan istifadə etməzdən əvvəl qəlibləri beton qırıntılarından, taxta və dəmir parçalarından, qardan və buzdan mütləq təmizləyin. Daha yaxşı nəticə əldə etmək üçün MA OİL 200 məhlulunu qəlibin üzərinə incə bir təbəqə şəklində, eynicinsli vəziyyətdə tətbiq edin. Məhsulu münasib şəkildə yayaraq bir yerdə toplanıb qalmasına yol verməyin.
Püskürtmə zamanı aparatla qəlib səthi arasındakı məsafə 50 -100 sm, püskürtmə təzyiqi 2-4 bar olmalıdır.
Tövsiyələr. İstifadə olunacaq səthin temperaturu +50C - +300C olmalıdır. Məhsulun istifadə olunduğu səth 24 saat günəşdən, yağışdan, küləkdən və donmadan qorunmalıdır.
Rəngi |
yağ sarısı |
Maddənin quruluşu |
mineral yağ tərkibli |
Sıxlığı |
0,83 kq/litr |
Turşu-qələvi əmsalı |
6-7 pH |
Yanma-alovlanma dərəcəsi |
+950C-dən yuxarı |
Qablaşdırma |
1, 4, 10 litrlik bidonlarda, |
1 litr MA OİL 200 ilə 45-80 m2-lik qəlib səthləri yağlanır.
Qısa müddətli saxlamada məhsul ən çoxu 3 cərgə olmaq şərti ilə üst-üstə qoyula bilər. İstifadə zamanı birinci növbədə alt cərgədə olan məhsul istifadə olunmalıdır. Uzun müddətli saxlamada isə məhsullar üst-üstə yığılmamalıdır. Saxlama müddəti müvafiq saxlama şərtlərinə əsasən, istehsal tarixindən etibarən 12 aydır. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin