5 AZN
FLOTON MOD N modifikasiyalı liqnin sulfonat əsaslı, hər növ iqlim şəraitində və müxtəlif kateqoriyadan olan betonlarda tikinti yerləri üçün nəzərdə tutulan axıcı qatılığa malik beton istehsalı üçün istifadə olunan plastifikatorlu beton qatqısıdır.
Bu beton qatqısı:
Qarışığın hazırlanması. Beton zavoddan transmikserə 14±1 sm qatılıqda yüklənilir (Standarta görə qatılıq miqdarı qış vaxtı azalır). Transmikser operatoru beton zavodundan FLOTON MOD N plastifikatorlu qatqı bidonunu tam dolu vəziyyətdə alır. Bidonun üzərində üçdə bir və üçdə iki səviyyələrini göstərən iki cizgi (xətt) mövcuddur. Növbədə gözləyən maşınların sayından asılı olaraq, betonu boşaltmağa başlamazdan təxminən beş dəqiqə əvvəl transmikser operatoru qazana 7-9 m3 beton miqdarına görə 10 kq-lıq bidonun hamısını, 4-6 m3 üçün bidonun üçdə ikisini, 2-3 m3üçün üçdə biri qədərini boşaldır. Qazan ən sürətli dövretmə ilə üç dəqiqə qarışıdırılır. Bu müddət eynicinsli qarışıq əldə etmək üçün kifayətdir. Bu prosedurun sonunda betonun qatılığı 6-8 sm artaraq S-4 qatılığına çatır.
Tikinti yerinin tələb etdiyi və ya tikinti yerinə çatdırılan betonun qatılığı S-3 və ya daha yuxarıdırsa, beton qatqı əlavə edilmədən boşaldılır.
Kimyəvi qatqıların işləmə prinsipi. Qatqılar əsasən mineral yapışdırıcılarla reaksiyaya girir. Qatqı betona əlavə olunduğu halda yapışdırıcı dənəciklər tərəfindən sorulur (absorbsiya olunur). Yapışdırıcı dənəciklər elektrostatik qüvvə ilə bir-birini itələyir. Beləliklə, istənilən istifadə imkanı daha az su miqdarı ilə təmin olunur. Qatqı suyunun azalmasına mütənasib olaraq betonun mexaniki möhkəmliyi artır.
Digər qatqı materialları ilə uyğunlaşması. FLOTON MOD N aşağıda göstərilən materiallarla birgə istifadə oluna bilər:
Maddənin quruluşu |
naftalin sulfonat əsaslı |
Rəngi |
qəhvəyi |
Sıxlığı |
1,10-1,12 kq/ litr |
Tərkibindəki xlorun miqdarı (EN 480-12) |
<0,1% |
Tərkibindəki qələvinin miqdarı (EN 480-12) |
<10,0% |
Qablaşdırma |
10 kq-lıq bidon (kanistr), 200 kq-lıq çəllək, 1000 kq-lıq fıçı, xüsusi çənlər olan maşınlar |
+200C temperaturda, 50% rütubətlilik şərtləri altında əldə olunmuşdur.
FLOTON MOD N sement kütləsinin 0,4-0,7 %-i miqdarında istifadə olunması tövsiyə olunur. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.
Orijinal qablaşdırılmış FLOTON MOD N mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa sudan istifadə edilmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdır. Qarışdırma proseduru zamanı təzyiqli havadan istifadə olunmamalıdır.
Müvafiq saxlama şərtlərinə uyğun olaraq, istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin