6.8 AZN
Penoflex 8 sement əsaslı və lif tərkibli olub, modifikasiyalı polimerləşdirilmiş istilik izolyasiya lövhələrinin suvanmasında istifadə olunan suvaq məhsuludur.
Penoflex 8 sement əsaslı və lif tərkibli olub, modifikasiyalı polimerləşdirilmiş istilik izolyasiya lövhələrinin suvanmasında istifadə olunan suvaq məhsuludur. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
Bu məhsuldan:
Səthin hazırlanması. Penoflex 8 suvağının istifadə olunması üçün istilik izolyasiya lövhələrinin səthə normal qaydada yapışdırılması və dubellənməsi vacibdir. Lövhələr küləyin təsirindən və digər təsirlərdən tərpənməməlidir.
Qarışığın hazırlanması. 20 kq quru qarışığı yavaş-yavaş təmiz bir qaba 4,6 litr suyun üzərinə boşaldın və kürəciklər yox olana qədər 3-5 dəqiqə qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin və yenidən 30 saniyə qarışdırdıqdan sonra məhsulu istifadəyə hazır vəziyyətə gətirin.
Tətbiqi. Penoflex 5 ilə yapışdırılmış və dubellənmiş istilik izolyasiya lövhələrinin səthinə bir qat Penoflex 8 çəkin. Sonra sıva filesini (tor) birinci qata otuzdurun. Ardınca ikinci qat Penoflex 8 suvağını səthə çəkin. Penoflex 8 tələb olunan bərkliyə çatdıqdan sonra üzərinə qoruyucu fasad boyası çəkilə bilər.
Tövsiyələr. Yapışdırıcının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və ya +300C–dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti, yağışlı və küləkli havalarda məhsuldan istifadə olunmamalıdır. Xarici məkanlarda istilik izolyasiya lövhələri ilə örtülmüş səth 24 saat günəş şualarından, küləkdən və yağışdan qorunmalıdır. Qurumağa başlamış qarışığa qətiyyən su və yeni məhsul əlavə olunmamalıdır.
Rəngi |
boz |
İstifadə temperaturu |
+5 ÷+300C |
Qopma muqaviməti:
|
≥ 1,0 N/mm 2 ≥ 0,2 N/mm 2 |
İstifadə qalınlığı:
|
3 mm 5 mm |
İstifadə müddəti |
1 saat |
Həcm kütləsi |
1,86 kq / litr |
Su /quru qarışıq nisbəti |
4,6 litr su / 20 kq quru qarışıq |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağız və 1 qatı polietilendən ibarət 20 kq-lıq kisələrdə |
Penoflex 8 suvaq məhsulunun sərfiyyatı 3 mm qalınlıq üçün 4,5 kq/m 2-dır. 20 kq-lıq Penoflex 8 suvaq məhsulu ilə təxminən 4,0-4,5 m2 səthi suvamaq mümkündür.
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimium 10 ədəd olmaqla 12 ay müddətində saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin