8.08 AZN
Modifikasiyalı polimerləşdirilmiş, qatran əsaslı, hamar beton səthlərdə, divarlarda və tavanlarda sement və xüsusi ilə gips əsaslı suvağın (sıva) səthlərə yapışma müqavimətini və dözümlülüyünü artıran astardır.
Modifikasiyalı polimerləşdirilmiş, qatran əsaslı, hamar beton səthlərdə, divarlarda və tavanlarda sement və xüsusi ilə gips əsaslı suvağın (sıva) səthlərə yapışma müqavimətini və dözümlülüyünü artıran astardır.
Bu məhsuldan:
Səthin hazırlanması. İstifadə olunan səthlərin sağlam, quru, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirilməlidir. Səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır.
Qarışığın hazırlanması. 10 kq-lıq PARAKONTAKT məhsulunu xüsusi vedrə içərisinə tökün və onun üzərinə məhsulun kütləsinin 1%-i qədər su əlavə edin. Bircinsli məhlul əldə edilənədək 400-600 dövr/dəqiqəlik bir qarışdırıcı ilə 3-5 dəqiqə qarışdırın.
Tətbiqi. Qarışdırılmış və istifadəyə hazır hala gətirilmiş məhsulu vərdənə ilə əvvəlcədən hazırlanmış səthə çəkin. PARAKONTAKT çəkildiyi səthin suyunu sürətlə özünə çəkdiyindən istifadədən əvvəl səthin suyu özünə çəkmə qabiliyyəti yoxlanılmalıdır. PARAKONTAKT çəkilmiş səthlərə sement və xüsusilə alçı əsaslı suvaqların vurulmasına məhsulun qurumasından 24 saat sonra başlamaq olar.
Tövsiyələr. PARAKONTAKT məhsulunun istifadə olunduğu səthin tempraturu +50C-dən aşağı və ya +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. Xarici səthlərdə istifadə olunmamalıdır. Həm istifadə müddətində, həm də sonra astarın təmiz saxlanılması vacibdir. PARAKONTAKT rütubət nisbətinin yüksək olduğu mühitlər üçün münasib deyildir (məsələn: hamam, sauna, üzgüçülük hovuzları və s.). İstifadə zamanı məhsul müntəzəm olaraq qarışdırılmalıdır.
Rəngi |
qəhvəyi |
Aqreqat halı |
qatı maye |
İstifadə temperaturu |
+50C ÷+300C |
İstifadə müddəti |
60 - 120 dəqiqə |
Məhsulun həcm kütləsi |
1,50 kq/ litr |
Su qatılmış qarışığın həcm kütləsi |
1,40 kq/ litr |
Səthə çəkilmə qalınlığı:
|
0,20 mm 0,40 mm |
Quruma müddəti |
24 saat |
Qablaşdırma |
10 və 20 kq-lıq plastik vedrələrdə |
Səthin suyu özünə çəkmə qabiliyyətindən və hamarlığından asılı olaraq PARAKONTAKT-ın sərfiyyatı 150-250 qr/m2-dir. Su qatılmış məhsulun sərfiyyatı 210-375 qr/m2 - dir.
Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donmadan qorunaraq saxlanılmalıdır. Qısa müddət ərzində saxlanıldıqda istifadə zamanı əvvəlcə ən alta qoyulan məhsul götürülmək şərti ilə ən çoxu 3 taxta altlıq üst-üstə qoyula bilər. Anbarlarda normal saxlanma şəraitinə əməl edilərsə, istehsal tarixindən başlayaraq 12 ay müddətində saxlanıla bilər. Ağzı açılmış qablardakı məhsul bir həftə ərzində istifadə olunmalıdır.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin