0 AZN
Sement və perlit əsaslı, yüngül dolduruculu, yüksək hidravlikli polimerləşdirilmiş, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, birkomponentli, şaxtaya, suya və xarici təsirlərə davamlı, yüksək möhkəmliyə və elastikliyə malik, quruduqdan sonra çat verməyən suvaqdır. ГОСТ 28013-98 standartına uyğundur.
Bu məhsuldan:
Səthin hazırlanması. Səth suvanmazdan əvvəl yapışmağa mane olan qalıqlardan təmizlənməli və səthin möhkəm olmasına diqqət yetirilməlidir. Səthdə qopmuş, qırılmış yerlər, çatlar olarsa, Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir məhsulu ilə düzəldilməlidir. İstifadə etməmişdən əvvəl səth nəmləndirilməli və ya daha yaxşı nəticə əldə etmək üçün Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır. Suvaq vurulacaq səthin düz olması (padmayak) üçün ano profillər bir müstəvidə yerləşdirilməli, divarların künclərinin düz və dəqiqliyindən ötrü ano profillərlə bir müstəvidə künc profilləri (köşe profilləri) də quraşdırılmalıdır. Profillər səthə suvaq vurmamışdan 24 saat öncə quraşdırılmalıdır ki, qarışıq profilləri tutsun.
Qarışığın hazırlanması (əl aləti ilə). 25 kq-lıq Fasmatik suvaq-hörgü qarışığını yavaş-yavaş 4,0-5,0 litr təmiz su tökülmüş qaba boşaldın, qarışdırıcı və ya əl aləti ilə homogen sistem əmələ gələnə kimi qarışdırın. 3-5 dəqiqə gözlədikdən sonra yenidən qarışdırın.
Tətbiqi (əl aləti ilə). Hazırlanmış səthə 8-10 mm qalınlığında mala ilə vurulur, xüsusi mastarla (alüminium profil aləti) mastarlanır və qarışığın artıq hissəsi sıyrılıb götürülür. Suvaq donmağa başladıqdan sonra səth su ilə nəmləndirilməklə sürtgəc vasitəsilə hamarlanır. Əgər suvaq 2 sm-dən çox qalınlıq tələb edirsə, onda həmin suvaq qarışığını səthə 2 mərhələdə çəkmək lazımdır. Hazırlanan qarışıq 120 dəqiqə ərzində işlədilməlidir.
Qarışığın hazırlanması (suvaq maşını ilə). Suvaq maşınının bunkerinə tələb olunan miqdarda Fasmatik suvaq-hörgü qarışığı tökün və həmin bunkerə fasiləsiz su axını qoşun. Fasmatik makina suvağının su ilə qarışma nisbətini makinanın proqramına daxil edin və makinanı işə salaraq avtomatik olaraq məhsulu homogen şəkildə qarışdırın.
Tətbiqi (suvaq maşını ilə). Hazır qarışıq makinanın üstündəki hava kompressorunun köməyi ilə səthə 8-10 mm-dən az olmayan qalınlıqda püskürdülür. Səthə püskürdülən suvaq xüsusi mastar ilə mastarlanır və qarışığın artıq hissəsi sıyrılaraq götürülür. Qarışıq donmağa başladıqdan sonra həmin suvağı su ilə isladıb sürtgəclə hamarlamaq lazımdır.
Tövsiyələr. Fasmatik makina suvaq qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin