12.2 AZN
Gips əsaslı ,materialın keyfiyyətini, istifadə imkanlarını, səthin hamarlığını artıran qatqılarla zəngin gips əsaslı təbii inşaat materiallarının hörülməsi üçün istifadə olunan birkomponentli ağ rəngli yapışdırıcıdır.
Gip əsaslı ,materialın keyfiyyətini, istifadə imkanlarını, səthin hamarlığını artıran qatqılarla zəngin gips əsaslı təbii inşaat materiallarının hörülməsi üçün istifadə olunan birkomponentli ağ rəngli yapışdırıcıdır.
AZS 046 (TS 370), DİN 18180 standartlarına uyğundur.
Bu məhsuldan:
daxili məkanlarda gips əsaslı təbii inşaat materiallarının hörülməsində gips əsaslı lövhə və plitələrin yapışdırılmasında;
səthlərdəki çatların və qopuqların doldurulmasında istifadə olunur.
Səthin hazırlanması. İstifadə olunan səthlərin aralıqlarının,blokların sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması.Təmiz plastik qaba su tökün, üzərinə lazım olan miqdarda AĞDAĞ blok plaster gips qarışığını əlavə edin. Hər kiloqram quru qarışıq üçün 0,6 və ya 0,65 l hesabı ilə su nəzərdə tutun. Mikser vasitəsilə onu bircins kütlə alınmasına qədər qarışdırın. Bundan sonra qarışığın özünə gəlməsi üçün 3-5 dəqiqə gözləyin və yenidən onu qarışdırın. Hazır olan qarışıq 80-100 dəqiqə müddətində işlədin.
Tətbiqi. Hazır AĞDAĞ blok plaster gips qarışığını hörgüdə istifadə olunan Ağdağ gips bloklarınin yan tərəflərinə eyni qalınlıqda çəkin.Əgər alt hissədə əyrilik olarsa, onda ilk sıra adi sement-qum qarışığı ilə tarazlanana qədər düzəldilməlidir.Sonrakı sıraların düzəlməsinə ehtiyac qalmır. İkinci və sonrakı sıraların düzülməsində yan calaqların sürüşməsinə riayət edin.
Tövsiyələr. AĞDAĞ BlokPlaster gips qarışığının istifadə olunduğu mühütin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı, yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa su və ya quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50C ÷ +300C |
İstifadə müddəti |
80-100 dəqiqə |
Su/quru qarışıq nisbəti |
6,0-6,5 litr su /10 kq quru qarışıq |
|
|
|
|
Möhkəmlik həddi: |
|
• əyilmədə |
2,7-3,2 MPa |
• sıxılmada |
5,5-6,0 MPa |
Quruma müddəti |
2-3 gün |
Qablaşdırma
|
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə |
Birqat arakəsmənin quraşdırılması zamanı qarışığın sərfi :
1 kvadrat metr lövhə üçün 1,5-dən 2,0 kq təşkil edir .
divarlara elektrik avadanlıqlarının, vint və şurupların birləşmə yerlərinin bərkidilməsində 0,2- 0,3 kq;
divar və tavandakı gips səthlərdə yaranan çatların və qopuqların təmirində 0,3- 0,4 kq.
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin