11.52 AZN
Materialın keyfiyyətini, istifadə imkanlarını, çatlamaya qarşı müqavimətini, səthin hamarlığını və elastikliyini artıran qatqılarla zəngin gips əsaslı qarışıqdır.
Materialın keyfiyyətini, istifadə imkanlarını, çatlamaya qarşı müqavimətini, səthin hamarlığını və elastikliyini artıran qatqılarla zəngin gips əsaslı qarışıqdır. AZS 046 (TS 370), DİN 18180 standartlarına uyğundur. Gips lövhələri üçün.
Bu aralıq doldurma qarışığından:
daxili məkanlarda gips-karton lövhələrin (alçıpan) birləşmə aralıqlarının doldurulmasında;
gips əsaslı lövhə və plitələrin yapışdırılmasında;
səthlərdəki çatların və qopuqların doldurulmasında istifadə olunur.
Səthin hazırlanması.İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması. 10 kq quru qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca səpib 3 dəqiqə gözlədikdən sonra kürəciklər yox olana qədər (homogen qarışıq alınana qədər) qarışdırın. Qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür. İstifadəyə başlamazdan əvvəl qarışığı yenidən qarışdırın.
Tətbiqi. Qarışıq səthə iki mərhələdə tətbiq olunur. I mərhələdə hazır qarışıq gips lövhələrin birləşmə aralıqlarına tətbiq olunur və son bərkimə baş verdikdən sonra həmin aralığın üzərinə gips lövhə bantı yapışdırılır. II mərhələdə isə hazır FugaPlaster qarışığı vurulmuş gips lövhə bantının üzərinə 10 sm enində tətbiq olunur. II mərhələdə aralığa çəkilmiş qarışıq bərkidikdən sonra ümumi səthə alçıpan malası vasitəsilə gips əsaslı üzlük suvaq qarışığı tətbiq olunur.
Quru qarışığa əlavə ediləcək su nisbətinə diqqət edin, duru şəkildə istifadə etməyin. Əgər duru şəkildə istifadə etsəniz, bu, çatlara, çökmələrə, asan aşınmalara və tozlanmaya səbəb ola bilər.
Tövsiyələr. AĞDAĞ FugaPlaster aralıq doldurma qarışığının istifadə olunduğu mühütin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı, yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığıa su və ya quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50 C ÷ +300 C |
İstifadə müddəti |
80-100 dəqiqə |
Su/quru qarışıq nisbəti |
6,0-6,5 litr su/10 kq quru qarışıq |
Möhkəmlik həddi:
|
2,7-3,2 MPa |
Aralıq doldurma işinə başlama vaxtı |
30 dəqiqədən sonra |
Quruma müddəti |
2-3 gün |
Səthin möhkəmliyi |
90 Shore D |
Qablaşdırma |
30 kq- lıq laminasıyalı polipropilen paketlərdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 20 kq-lıq kisələrdə |
1m2 səthə sərf olunan AĞDAĞ FugaPlasteri qarışığının miqdarı aşağıdakı kimidir:
alçıpanların birləşmə aralıqlarının doldurulmasında 0,2 - 0,5 kq;
arakəsmə gips tavalarının birləşmə aralıqlarının doldurulmasında 1,2- 1,5 kq;
divarlara elektrik avadanlıqlarının, vint və şurupların birləşmə yerlərinin bərkidilməsində 0,2- 0,3 kq;
divar və tavandakı gips səthlərdə yaranan çatların və qopuqların təmirində 0,3- 0,4 kq.
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin