phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  998  əd.
Məhsul Haqqında:

Epoksid qatran əsaslı (Komponent A+Komponent B), keramika, mərmər, qranit, turşuya davamlı keramika, şüşə mozaika və şüşə kərpic kimi məhsulların yapışdırılmasında istifadə olunan, kimyəvi maddələrə (turşulara) və bakteriyalara qarşı davamlı, rahat istifadə olunan, su ilə təmizlənə bilən, istifadəyə hazır yapışdırıcı məhluldur.

Xüsusiyyətlər

Məhsul haqqında

Epoksid qatran əsaslı (Komponent A+Komponent B), keramika, mərmər, qranit, turşuya davamlı keramika, şüşə mozaika və şüşə kərpic kimi məhsulların yapışdırılmasında istifadə olunan, kimyəvi maddələrə (turşulara) və bakteriyalara qarşı davamlı, rahat istifadə olunan, su ilə təmizlənə bilən, istifadəyə hazır yapışdırıcı məhluldur. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu keramika yapışdırıcısı:

  • hər növ qida istehsalı müəssisələrində, ət və balıq sənayesində, qəssabxanalarda;
  • dərman, boya, kağız, akkumulyator və gübrə sənayesində;
  • mətbəələrdə və camaşırxanalarda;
  • sənaye obyektlərinin mətbəxlərində və yeməkxanalarda;
  • hər növ gigiyenik qaydaların gözlənildiyi xəstəxanalarda;
  • üzgüçülük və termal hovuzlarda;
  • su tullantılarının axıdılması və təmizlənməsi müəssisələrində;
  • piyadaların sıx toplandığı alış-veriş mərkəzlərində, terminallarda və s. yerlərdə;
  • daxili və xarici məkanlardakı beton, suvaq, metal kimi səthlərə keramika, mərmər, qranit, turşuya davamlı keramika, çini keramika, şüşə mozaika və kafel kimi məhsulların yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • kimyəvi maddələrə, turşulara, qələvilərə, yağlara, qida və məişət tullantıları sularına, kimyəvi tullantı sularına qarşı davamlıdır;
  • antibakterial xüsusiyyətə malikdir;
  • kif, göbələk və bakteriya yaratmır;
  • mexaniki davamlılığı yüksəkdir;
  • şaxtaya və istiliyə qarşı davamlıdır;
  • içməli su ilə təmasda olan yerlərdə istifadə oluna bilər.

İstifadə qaydaları

Səthin hazırlanması. Üzlük plitələr yapışdırılacaq beton və digər səthlər möhkəm olmalı və hər növ çirkdən təmizlənməlidir. Metal səthlər isə pasdan və çirkdən tamamilə təmizlənmiş vəziyyətdə olmalıdır.

Qarışığın hazırlanması. İstifadə zamanı EPOKS 100 White məhlulunun hər iki komponentini bir-birinə qarışdıraraq eynicinsli tərkib əmələ gələnə qədər 400-600 dövr/dəqiqəli qarışdırıcı vasitəsilə ən azı 3 dəqiqə qarışdırın.

TətbiqiEPOKS 100 White məhlulunu sement əsaslı keramika yapışdırıcıları kimi tətbiq edin. Məhsulu qarışdırdıqdan sonra müvafiq dişli-daraqlı mala ilə səthə çəkin və daraqlayın. Daraqlanmış səthlərə keramikaları yapışdırı.Çətin yayılan zəminlərdə və ağır yüklərin yerləşdiriləcəyi məkanlarda yapışdırılma işi aparılacaq sahəyə malanın düz tərəfi ilə məhlulu incə bir qat şəklində yayın, sonra üzərinə yenidən epoksid qatranlı yapışdırıcı yayın və mala ilə daraqlayın. Daraqlı mala ilə məhlulu yaxdıqdan sonra keramikaları sürətlə yapışdırın. Qurumağa başlayan məhlulun üzərinə keramika yapışdırmayın.

Tövsiyələr. EPOKS 100 White məhlulu müvafiq qarışdırma qurğusu vasitəsilə qarışdırılmalıdır. Əl və ya mala ilə qətiyyən qarışdırılmamalıdır. Tərkibində epoksid qatran məhlulu olan məhsulların istifadə və bərkimə müddətləri mühitin temperaturundan asılıdır. Ən sərfəli istifadə temperaturu +100C ÷+200C–dir. Hazır EPOKS 100 White məhlulu qarışığına su və yeni məhlul əlavə edilməməlidir. İstifadədən sonra işlədilən alət və ləvazimatlar yuyucu toz əlavə olunmuş isti su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

Tərkibi:

  • A komponenti
  • B komponenti


epoksid əsaslı qatran (yapışdırıcı)
epoksid əsaslı sərtləşdirici

Möhkəmlik həddi:

  • sıxılmada
  • əyilmədə


> 42 MPa
> 28 MPa

İstifadə müddəti

45 dəqiqə

Açıq şəkildə saxlama müddəti

20 dəqiqə

Qopma müqaviməti

> 2,6 N /mm2

Piyadalar üçün istifadəyə verilmə müddəti

7 gündən sonra

Qablaşdırma:

  • A komponenti
  • B komponenti


5 kq-lıq dəmir qablarda
0,2 kq-lıq dəmir qablarda

Sərfiyyat

1 mm qalınlıq üçün təxminən 1,7 kq/m2 təşkil edir.

Saxlama müddəti və qaydası

Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donmadan qorunmaq şərti ilə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • materialın tətbiq olunduğu səth istifadəyə verilənə kimi tətbiq olunan yeri havalandırın;
  • istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhlulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, əks halda dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər maddənin udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhlulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz