48 AZN
BEMATON 3055-polikarboksilli efir əsaslı, yüksək miqdarda suazaldıcı, betonun qatılığının azalmasının qarşısını alan, yüksək davamlılığı və müqaviməti özündə əks etdirən hazır beton sənayesi üçün təkmilləşdirilmiş, ən yeni nəsil super plastifikatorlu (axıcı) beton qatqısıdır.
BEMATON 3055-polikarboksilli efir əsaslı, yüksək miqdarda suazaldıcı, betonun qatılığının azalmasının qarşısını alan, yüksək davamlılığı və müqaviməti özündə əks etdirən hazır beton sənayesi üçün təkmilləşdirilmiş, ən yeni nəsil super plastifikatorlu (axıcı) beton qatqısıdır. AZS 221-2006 (TS EN 934-2) Cədvəl 3.1 və 3.2: “Yüksək miqdarda suazaldıcı, ən yeni nəsil super plastifikatorlu (axıcı) beton qatqısı” ASTM C 494 Tip F: “Yüksək miqdarda suazaldıcı, ən yeni nəsil super plastifikatorlu beton qatqısı” standartlarına uyğundur.
Bu beton qatqısı:
Qarışığın hazırlanması. Mineral yapışdırıcı maddələri (sement, kvars qumu, vulkan külü, şlak) və beton doldurucusunu eynicinsli qarışıq əldə olunana qədər qarışdırın. Suyun 50-70%-i əlavə olunduqdan sonra qalan su ilə birlikdə BEMATON 3055-i qarışığa əlavə edin. BEMATON 3055-in qarışığın təkibində eynicinsli qaydada qarışmasını təmin etmək üçün qarışığı 60 saniyə və ya əvvəlcədən laboratoriya tədqiqatları ilə müəyyən edilmiş vaxt ərzində intensiv şəkildə qarışdırın.
Ən yeni nəsil super plastifikatorların kimyəvi mexanizmi. Sement dənəcik səthləri beton qarışdırma prosedurunun ən ilkin mərhələsində ənənəvi melamin və naftalin sulfanat əsaslı super plastifikatorlu polimerlərlə əhatələnirlər. Polimer zəncirlərinin sulfatlaşmış qrupları sement dənəcik səthlərinin mənfi yükünü artırır və elektrostatik qüvvə bu dənəcikləri itələyir. Nəticədə elektrostatik mexanizm sement xəmirinin dağılmasına səbəb olur və betonun istifadəsini asanlaşdıraraq, betonun daha az su qarışığı ilə əldə olunmasını təmin edir. Bununla yanaşı, hidratlaşma prosesi başlayır. Sürətlə böyüyən hidratlaşma kristalları dənəciklərin səthinin mexanizmini dəyişdirir və beləliklə də bu dənəciklərin sərbəst şəkildə dağlmasının qarşısı alınır.
BEMATON 3055-in ənənəvi super plastifikatorlardan (NSM və ya MSM) fərqi sement fraksiyasının effektivliyini artıran yeni və bənzəri olmayan təsir mexanizminə malik olmasıdır. BEMATON 3055 uzun zəncirli karboksilli efir polimerlərindən ibarətdir. Qarışdırma prosedurunun əvvəlində ənənəvi super plastifikatorlarda olduğu kimi elektrostatik itələmə mexanizmi baş verir. Bu proses nəticəsində suya olan ehtiyac böyük miqdarda azalaraq plastifikatorlu (axıcı) beton əldə olunur. Ancaq, polimer onurğasına bağlanan zəncirlər sement dənəciklərinin dağılma və yayılma qabiliyyətini böyük ölçüdə sabitləşdirərək steril bir maneə əmələ gətirir. Bunun sayəsində isə daha az su miqdarı ilə daha yüksək plastifikatorluluq (axıcılıq) təmin olunur.
Sement xəmirinin yüksək qələvililiyi qarışığın erkən (vaxtından əvvəl) toplanmasının və qatılaşmasının qarşısını alan BEMATON 3055-in quruluşundakı əlavə polimer zəncirlərinin açılıb genişlənməsini təmin edir. Bu mexanizm bərkiməni gecikdirici xüsusiyyətə malik ənənəvi super plastifikatorlarla müqayisə olunduqda bərkiməni (sərtləşməni) gecikdirmədən əhəmiyyətli dərəcədə daha uzun müddət istifadə olunmasına və qarışığın su miqdarının yüksək miqdarda azalmasına şərait yaradır.
Digər qatqı materialları ilə uyğunlaşması. BEMATON 3055 aşağıda göstərilən materiallarla birgə istifadə oluna bilər:
Maddənin quruluşu |
polikarboksilli efir əsaslı |
Rəngi |
şabalıdı |
Sıxlığı |
1,04-1,05 kq/ litr |
Tərkibindəki xlorun miqdarı (EN 480-10) |
<0,1% |
Tərkibindəki qələvinin miqdarı (EN 480-12) |
<3,0% |
Qablaşdırma |
10 kq-lıq bidon (kanistr),200 kq-lıq çəllək, 1000 kq-lıq fıçı, xüsusi çənləri olan maşınlar |
Sement kütləsinin 1,0-2,0%-i miqdarında əlavə olunması tövsiyə olunur. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.
Orijinal qablaşdırılmış BEMATON 3055 mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa sudan istifadə etmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdr. Qarışdırma mərhələsində təzyiqli havadan istifadə olunmamalıdır.
Müvafiq saxlama şərtlərinə uyğun olaraq, istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin